Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-97/2024 20.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi Fikərt qızının iştirakı ilə, Ərizəçi Fikərt qızının Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2003-cü ildə X5 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan 3 övladları dünyaya gəlmişdir.Övladı 07 yanvar 2008-ci il təvəllüdlü X6 daun sindromu xəstəsidir. Doğulandan hazırki dövrə kimi oğlu X4 o, baxır. Onun yedizdirilməsi, içizdirilməsi, gəzdirilməsi ilə şəxsən özü məşğuldur. Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, 14 saylı Uşaq Poliklinikası tərəfindən 07 yanvar 2008-ci il təvəllüdlü X4 nitq pozğunluğu, ağırkamallılıq diaqnozu qoyulmuşdur. Ona görə də barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən X2 maraq və mənafeyinin müdafiə edilməsi üçün mülki-hüquqi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş edir. Oğlu anadan gəlmə xəstədir və İ qrup əlildir. Oğlu anadan gəlmə ağır dərəcəli daun sindromudur. Oğlu 7 yanvar 2008-ci ildə anadan olmuşdur. Doğulandan şikəstdir, oğulna özü baxır. Oğlunun yedizdirilməsi, içizdirilməsi, gəzdirilməsi ilə şəxsən özü məşğuldur. Oğlu danışa bilmir. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 07 yanvar 2008-ci il təvəllüdlü X6 anadangəlmə irsi xəstəlik daun simtomu psixi inkişaf geriliyi imbesillik dərəcəsində ağıl zəifliyi olan sağlamlıq imkanı məhdud uşaqdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, , X6 xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 529 nömrəli rəyindən görünür ki, X7 solunda Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar (anamnestik məlumata görə valideynləri qohum olması, yoxlanılan şəxs Daun sinromu ilə anadan olması, düçar olduğu xəstəliklə əlaqədar erkən uşaqlıq dövründə yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, nitqi seyri-aydın olmaqla tək-biz sözlərdən ibarət olması, əvvəllər əqli geriliklə əlaqədar Bakı Uşaq Nevroloji Xəstəxanasında qeydiyyatda olmaqla müvafiq müalicələr qəbul etməsi, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici, qoruyucu müalicə qəbul etməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, hərdən əsəbiliyi, narahatlığı, yuxu pozuntusunun biruzə verməsi, narahatlığı, fikirlərini ifadə edə bilməməsi, hazırda yaşayış yeri üzrə psixiatrik kabinetində qeydiyyatda olması, “Anadangəlmə irsi xəstəlik daun simtomu, psixi inkişafın geriliyi, imbesillik dərəcəsində ağıl zəifliyi” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında həkim psixiatr komissiyasından keçərək “Daun sindromu. Ağır dərəcəli əqli gerilik, daim ciddi qulluq və müalicə tələb olunan davranış pozuntuları ilə. Nitq artikulyasiyasının spesifik pozuntusunu.” Yanaşı: “Spastik paraparez” diaqnozunun müəyyən edilməsi, halhazırki psixiatrik müayinənin nəticələri (intellektual imkanlarının xeyli aşağı olması, bilik ehtiyatının olmaması, maraq dairəsinin adi tələbatlarını ödəməklə məhdudlaşması və s.) sübut edir. X3 Daun sindromlu şəxsdə ağır dərəcə əqli gerilik aşkar olunur.X6 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil. X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 onda müəyyən edilən Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Belə ki, X1 məhkəmə iclasında iştirak etməyinə imkan vermədiyi üçün o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığına görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-321, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-97/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-97/2024
20.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver