Məhkəmə qərarları › İş №2(035)-185/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-185/2024

01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-185/2024 01.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “sənədlərin şəxslərə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: sənədlərin şəxslərə məxsus olması faktının müəyyən olunması tələbi) X22 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “sənədlərin şəxslərə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Torpağa Mülkiyyət Hüququna dair JN-340 kod 90510018 olan Dövlət Aktının Ərizəçi2, hazırda mərhum X18, X14, X11 məxsus olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərarı ilə ərizəçilərə və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Məlikli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4.19 ha torpaq sahəsi verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN-340 kod 90510018 olan Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işləri aparılması, yəni çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş, orada müəyyən olunmuşdur ki, sözügedən Dövlət Aktında Ərizəçi2 və hazırda mərhum X18, X14, X9 adlarında, soyadlarında, ata adında uyğunsuzluq vardır. Bu səbəbdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsindən həmin torpaq sahəsində mülkiyyət hüquqlarının tanınmasına dair çıxarış ala bilmirlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə ona və hazırda mərhum atası X28, anası X23, oğlu X15 və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Məlikli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4.19 ha torpaq sahəsi verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN-340 kod 90510018 olan Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işləri aparılması, yəni çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş, orada müəyyən olunmuşdur ki, sözügedən Dövlət Aktında hazırda mərhum atası X16 atasının adı səhvən Şotu, anası X12 adı səhvən Qönçə, oğlu X2 səhvən Süleymanzadə kimi yazılmışdır həmçinin qeyd edir ki, ailələrində X19 adında şəxs olmamış, səhvən anasının adına uyğun təkrarən yazılmışdır. Həmin uyğunsuzluq səbəbindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsində yenidən sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. Qeyd edilən uyğunsuzluq torpağa dair sənədləşmənin aparılmasında, nəticə etibarı ilə həmin torpaq sahəsi üzərində sərəncam hüququnun həyata keçirilməsində ona müəyyən çətinlik yaradır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Məlikli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4.19 ha torpaq sahəsi verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN-340 kod 90510018 olan Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işləri aparılması, yəni çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş, orada müəyyən olunmuşdur ki, sözügedən Dövlət Aktında adı səhvən Elzalə kimi yazılmış, əslində adı Elzarədir. Həmin uyğunsuzluq səbəbindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsində yenidən sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. Qeyd edilən uyğunsuzluq torpağa dair sənədləşmənin aparılmasında, nəticə etibarı ilə həmin torpaq sahəsi üzərində sərəncam hüququnun həyata keçirilməsində ona müəyyən çətinlik yaradır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçilərlə həmkəndli olmaqla həmdə qonşudurlar. Ərizəçilərin mərhum anasının adı Qonca, ata babalarının adı Şomu olmuş, Ərizəçi1 oğlu İnşallahın isə soyadı Həsənov olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçilərlə həmkəndli olmaqla həmdə qonşudurlar. Ərizəçilərin mərhum anasının adı Qonca, ata babalarının adı Şomu olmuş, Ərizəçi1 oğlu İnşallahın isə soyadı Həsənov olmuşdur. Mülki işdə olan sənədlər: İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-340 Kod 90510018 Dövlət Aktının surətindən görünür ki, torpaq mülkiyyətçiləri kimi X29, X20, Ərizəçi1, X24, X7X26, X17 və X25 qeyd olunmuşdur. İşdə olan Məlikli kənd Soveti tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi Ərizəçi1 atası qrafasında atası kimi X28, anası qrafasında anası kimi X8 yazılmışdır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** № li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin soyadı, adı, atasının adı Ərizəçi2 kimi yazılmışdır. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında arayışın surətindən görünür ki, X28 xx.xx.2003-cü ildə ölmüşür. İşdə olan Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2019-cu ildə ölmüşdür. İşdə olan Zərdab rayon İHB-nin Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 408 saylı arayışdan görünür ki, Zərdab AİK-nın 24 avqust 1997-ci il tarixli, 6 saylı qərarı ilə tərtib edilmiş JN 340 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında ailə üzvlərinin hüquq subyektində texniki səhv olaraq X28 yazılmalı olduğu halda X10, X1 İnşallah Azad oğlu kimi, X4 Qönçə Azad qızı kimi, Ərizəçi2 X5 yazılmışdır. Ərizəçi1 təsərrüfatında X29, X7, X26 və X17 adlı şəxslər olmayıb və yaşamayıb. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və hazırda mərhum valideynləri X28, X23, Ərizəçi1 mərhum oğlu X15 və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Məlikli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4.19 ha torpaq sahəsi verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN-340 kod 90510018 olan Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işləri aparılması, yəni çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş, orada müəyyən olunmuşdur ki, sözügedən Dövlət Aktında Ərizəçi1 hazırda mərhum atası X16 atasının adı səhvən Şotu, anası X12 adı səhvən Qönçə, oğlu X2 səhvən Süleymanzadə kimi yazılmış, həmçinin ailələrində X19 adında şəxs olmamış, səhvən mərhum Qonca Həsənovanın adına uyğun təkrarən həmin şəxs yazılmışdır. Ərizəçi2 adı həmin Dövlət Aktında səhvən Elzalə kimi yazılmışdır. Nəticədə ərizəçilərə məxsus hüquq müəyyənedici sənədlərlə -Torpağa Mülkiyyət Hüququna Dair JN-340 Kod 90510018 olan Dövlət Aktı ilə onlara məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və digər sənədlər (ölüm haqqında şəhadətnamə və s.) arasında uyğunsuzluq yaranmışdır. Qeyd olunan uyğunsuzluğa görə ərizəçilərə məxsus torpaq sahələri ilə əlaqədar yenidən sənədləşmə işlərinin aparılması, nəticə etibarı ilə həmin torpaq sahələri üzərində onların sərəncam hüququnun həyata keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə hesab edir ki, əslində işin yuxarıda müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarındakı hüquqi mövqeyi ilə tam uzlaşır və sənəddəki uyğunsuzluğun aradan qaldırıla bilməsi üçün Ali Məhkəmənin adı çəkilən qərarında müəyyən etdiyi zəruri şərtlərin hamısı hazırkı halda mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, Torpağa Mülkiyyət Hüququna dair JN-340 kod 90510018 olan Dövlət Aktının Ərizəçi2, hazırda mərhum X18, X14, X11 məxsus olması faktı məhkəmə qaydasında müyyən olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-340 kod 90510018 olan Dövlət Aktının Ərizəçi2, hazırda mərhum X18, X14, X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar