Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-191/2025 17.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi) X13 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi Maraqlı şəxs Zərdab rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyanın üzvi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1994cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü il təvəllüdlü X9 onun doğma oğludur və hal hazırda onun himayəsində yaşayır. Oruc Oliqofreniya dərin debillik dərəcəsində ensefolopatiya Psixo-fiziki inkişafdan geri qalma xəstəliyindən əziyyət çəkir, İİ qrup əlildir. Oruc psixi xəstə olmaqla hərəkətlərini ölçüb-biçmək, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik deyildir. Oruc öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.1994-cü il təvəllüdlü X9 onun doğma oğludur və hal hazırda onun himayəsində yaşayır. Oruc Oliqofreniya dərin debillik dərəcəsində ensefolopatiya Psixo-fiziki inkişafdan geri qalma xəstəliyindən əziyyət çəkir, İİ qrup əlildir. Oruc psixi xəstə olmaqla hərəkətlərini ölçüb-biçmək, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik deyildir. İş üzrə təyin edilmiş Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə də oğlu Oruc Abbasəlilinin fəaliyyət qabiliyyəti olmayan şəxs olduğu müəyyən edilmişdir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün Oruc Abbasəlili fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, ona qəyyum təyin oluna bilsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərdab rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyanın üzvi X10 xx.xx.1994-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Bıçaqçı kənd icra hakimiyyəti tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 atası qrafasında atası kimi Ərizəçi, anası qrafasında anası kimi X11 yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1063 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, xx.xx.1994-cü il təvəllüdlü X9 ərizəçinin doğma oğludur. X1 dərin debillik dərəcəsində ensefolopatiya Psixo-fiziki inkişafdan geri qalma xəstəliyindən əziyyət çəkir, İİ qrup əlildir. O, xəstəliyi nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən aşkar edilmiş xəstəlik X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır. Onun qeyd olunan xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk edə və onları şüurlu şəkildə idarə edə bilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də, ərizə təmin edilməli və xx.xx.1994-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-191/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-191/2025
17.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver