Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-218/2024 18.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrum edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququndan məhrum edilmə) X10 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçi İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrum edilməsi tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçi İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X7 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş, hərbi xidmət dövründə xəstəliyə tutulmuş və xx.xx.2023-cü il tarixdə müalicə aldığı Azərbaycan Respubıikasının Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında ağ ciyər ürək çatışmamazlığından vəfat etmişdir. Mərhum X16 xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların övladları olmamışdır. Oğlu Cavidan hərbi xidmət dövründə ağır xəstəliyinə görə hərbi hospitalda müalicə olunan vaxt cavabdeh əri Cavidanın xəstəliyinin ağır olduğunu və ərinin kənar köməyə ehtiyacı olduğunu bildiyi halda heç bir səbəbsiz özbaşına evdən getmişdir. Cavabdeh əri Cavidanın xəstə olarkən onun yanında olmamış, ərinə qulluq etməmişdir. Cavabdeh oğlu ilə ailə qurduqdan sonra cəmi 3-4 ay oğlu ilə birgə yaşamış, xəstələndikdən sonra isə oğluna qulluq etməməsi üçün onu və ailəni tərk edib getmişdir. Odur ki, hesab edir ki, belə olan halda cavabdeh vərəsəlik hüququndan məhrum edilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyəxx.xx.2024-cü il tarixdə ərizə göndərərək xx.xx.2022-ci il tarixdə X7 ilə ailə həyatı qurduğunu, X6 Nazirliyinin Qubadlı rayonunda hərbi hissədə xidmət etdiyini, 2023-cü ilin aprel ayında Cavidanın xidmət etdiyi hərbi hissədə xəstələndiyini, Bakı şəhəri Müdafiə Nazirliyinin hospitalına yerləşdiyini, xx.xx.2023-cü il tarixdə hospitalda vəfat etdiyini, mərhum Cavidan Əsgərlinin atası İddiaçı onu vərəsəlik hüququndan məhrum edilməsi üçün Zərdab Rayon Məhkəməsinə müraciət etdiyini, İddiaçı onu vərəsəlik hüququndan məhrum etməsinə etirazı olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinəəsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum oğlu X7 xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından uşaqları olmamışdır. X16 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş, hərbi xidmət dövründə xəstəliyə tutulmuş, xx.xx.2023-cü il tarixdə müalicə aldığı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Klinik hospitalında ağ ciyər ürək çatışmamazlığından vəfat etmişdir. Oğlu Cavidan xəstə, hospitalda müalicə aldığı vaxt, cavabdeh də ərinin xəstə olduğunu, kənar qulluğa ehtiyacı olduğunu bilərək, heç kimə bildirmədən özbaşına evdən çıxıb getmişdir. Cavidan da hospitalda müalicə aldığı vaxt cavabdehin bu hərəkətindən fikir etmiş, sağalacağını güman edərək hospitaldan çıxan kimi cavabdehi boşayacağını demişdir. Təəssüf ki, Cavidan sağalmamış, ağır xəstəlikdən vəfat etmişdir. Cavabdeh Cavidanın ağır xəstəlikdən əziyyət çəkərkən, cavabdehin mənəvi dəstəyinə, qayğısına ehtiyacı olarkən onun qulluğunda durmamışdır. Cavabdeh onların evində oğlu Cavidanla ailə qurduqdan sonra cəmi 3-4 ay gəlin olmuş, onların nikahları formal xarakter daşımış, oğlunun heç bir əmlakına faktiki sahibliyi həyata keçirməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin oğlu Cavidan ağır xəstəlikdən müalicə aldığı Hərbi hospitalda xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavidanın dəfnində və yas mərasimində iştirak etmişdir. Ərizəçinin oğlu Cavidan müalicə aldığı vaxt qonşu kimi ərizəçigilə gedib gəlmiş, Cavidanın səhhətini soruşmuş, mərhum Cavidanın anası gəlini Şəbnəmdən gileylənmiş, Cavidanın xəstə olduğunu, Şəbnəmin mənəvi dəstəyinə, qulluğuna ehtiyacı olduğunu bilə-bilə özbaşına evdən çıxıb getdiyini, bir dəfə də olsun Cavidanla maraqlanmamasını demişdir. O da, ərizəçigillə qonşu olaraq Şəbnəmi Cavidanın xəstə olduğu müddətdə ərizəçigilə gəldiyini getdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin oğlu Cavidan ağır xəstəlikdən müalicə aldığı Hərbi hospitalda xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavidanın dəfnində və yas mərasimində iştirak etmişdir. Ərizəçinin oğlu Cavidan müalicə aldığı vaxt qonşu kimi ərizəçigilə gedib gəlmiş, Cavidanın səhhətini soruşmuş, mərhum Cavidanın anası gəlini Şəbnəmdən gileylənmiş, Cavidanın xəstə olduğunu, Şəbnəmin mənəvi dəstəyinə, qulluğuna ehtiyacı olduğunu biləbilə Şəbnəmin özbaşına evdən çıxıb getdiyini, bir dəfə də olsun Cavidanla maraqlanmamasını demişdir. O da, qonşu olaraq Şəbnəmi Cavidanın xəstə olduğu müddətdə ərizəçigilə gəldiyini getdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin oğlu Cavidan ağır xəstəlikdən müalicə aldığı Hərbi hospitalda xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavidanın dəfnində və yas mərasimində iştirak etmişdir. Ərizəçinin oğlu Cavidan xəstələnib müalicə aldığı vaxt qonşu kimi ərizəçigilə gedib gəlmiş, Cavidanın səhhətini soruşmuş, mərhum Cavidanın anası gəlini Şəbnəmdən gileylənmiş, Cavidanın xəstə olduğunu, Şəbnəmin mənəvi dəstəyinə, qulluğuna ehtiyacı olduğunu bilə-bilə Şəbnəmin özbaşına evdən çıxıb getdiyini, bir dəfə də olsun Cavidanla maraqlanmamasını demişdir. O da, qonşu olaraq Şəbnəmi Cavidanın xəstə olduğu müddətdə ərizəçigilə gəldiyini getdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin oğlu Cavidan ağır xəstəlikdən müalicə aldığı Hərbi hospitalda xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavidanın dəfnində və yas mərasimində iştirak etmişdir. Ərizəçinin oğlu Cavidan xəstələnib müalicə aldığı vaxt qonşu kimi ərizəçigilə gedib gəlmiş, Cavidanın səhhətini soruşmuş, mərhum Cavidanın anası gəlini Şəbnəmdən gileylənmiş, Cavidanın xəstə olduğunu, Şəbnəmin mənəvi dəstəyinə, qulluğuna ehtiyacı olduğunu bilə-bilə Şəbnəmin özbaşına evdən çıxıb getməsini, bir dəfə də olsun Cavidanla maraqlanmamasını demişdir. O da, qonşu olaraq Şəbnəmi Cavidanın xəstə olduğu müddətdə ərizəçigilə gəldiyini getdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, ərizəçinin oğlu Cavidanla bir məktəbdə oxumuş, sinif yoldaşı, isti münasibətləri olmuşdur. Cavidan 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş, hərbi xidmət dövründə xəstəliyə tutulmuş və xx.xx.2023-cü il tarixdə müalicə aldığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında vəfat etmişdir. Cavidan hospitalda müalicə alarkən onun yanına getmiş, Cavidan arvadı Şəbnəmdən ona şikayət etmiş, Şəbnəmin ona qayğı, mənəvi dəstək göstərmədiyini, ümumiyyətlə gəlib onu yoxlamadığını, hətta xəstə olduğunu eşidib özbaşına evdən çıxıb getdiyini, sağalan kimi ilk işi Şəbnəmi boşayacağını demişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X4 arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə nikah akt qeydləri kitabında 92 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərəƏsgərli, arvada Əsgərli soyadı verilmişdir. İşdə olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan Zərdab rayon İHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 103 saylı arayışdan görünür ki, İddiaçı oğlu X7 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra onun atası İddiaçı, anası X8, arvadı Cavabdeh, qardaşı X5 ibarət vərəsələri qalmışdır. İş materiallarından görünür ki, X7 “Vətən müharibəsi iştirakçısı, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” “Qüsursuz xidmətə görə 3-cü dərəcəli” medalları ilə təltif olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1138-ci maddəsinə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. 1139-ci maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1141-ci maddəsinə görə vərəsəlik hüququndan məhrum edilmə vərəsəlik hüququndan məhrum edilmiş həmin şəxsin başqa miras qoyanın əmlakının vərəsəsi olmasına maneçilik törətmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin oğlu X7 xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından uşaqları olmamışdır. Cavidan Əsgərli 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş, hərbi xidmət dövründə xəstəliyə tutulmuş, xx.xx.2023-cü il tarixdə müalicə aldığı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Klinik hospitalında ağ ciyər ürək çatışmamazlığından vəfat etmişdir. Cavidan xəstə, hospitalda müalicə aldığı vaxt, cavabdeh Cavidanın xəstə olduğunu, kənar qulluğa ehtiyacı olduğunu bilərək, heç kimə bildirmədən özbaşına evi tərk edib getmişdir. Cavidan hospitalda müalicə aldığı vaxt cavabdehin bu hərəkətindən fikir etmiş, sağalacağını güman edərək hospitaldan çıxan kimi cavabdehi boşayacağını bildirmişdir. Cavidan sağalmamış, ağır xəstəlikdən vəfat etmişdir. Cavabdeh cəmi 3-4 ay onların gəlini olmuş, uşaqları olmamış, iddiaçının oğlu ilə nikahları formal xarakter daşımış, həmçinin Cavidanın ağır xəstəlikdən əziyyət çəkərkən, cavabdehin mənəvi dəstəyinə, qayğısına ehtiyacı olarkən onun qulluğuna durmasa da Cavidanın vərəsəsi kimi qalmaq istəyir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh mərhum X2 vərəsəsi olmaq hüququndan məhrum edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-218/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-218/2024
18.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver