Məhkəmə qərarları › İş №2(035)-232/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-232/2024

03.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-232/2024 03.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Oğlnun Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun silinməsi) HakimHəsənquliyev İlqam Elxanoğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı“borcun silinməsinə” dair iddia ərizəsi üzrə mülki işə 03 aprel 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesablanmış 777.60 manat pulun onun hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Zərdab şəhəri, Azadlıq küçəsində yaşayır. Onun evinə gedən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacı onun adınadır. Onun evinə gedən qaz xəttinin üzərində həyətdən çöldə qaz sayğacı quraşdırılmışdir. Qaz sayğacı istismar müddəti başa çatdığı üçün Cavabdeh İB-nin Tərtər RQİİ-nin Zərdab XSnin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək kütləvi əvəzləmə səbəbindən yenisi ilə əvəzləşdirilmişdir. Həmin vaxt o, ozü orada olmuş, lakin, sayğaca hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş, bu barədə hər hansı bir akt tərtib edilməmişdir. Lakin, bir müddət sonra Cavabdeh Tərtər X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən sayğaca guya müdaxilə səbəbi ilə dəymiş ziyanın həcminə görə 6480 m/k qaz sərfiyyatı hesablanmış və bu səbəbdən ondan 777.60 manat pulun ödənilməsi tələb edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddianın rədd edilməsini və məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin 185,6-ci maddəsinə əsasən səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Zərdab şəhəri, Azadlıq küçəsində yaşayır. Onun evinə gedən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacı onun adınadır. Qaz sayğacı istismar müddəti başa çatdığı üçün Cavabdeh İBnin Tərtər RQİİ-nin Zərdab XS-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək kütləvi əvəzləmə səbəbindən yenisi ilə əvəzləşdirilmişdir. Həmin vaxt o, ozü orada olmuş, lakin, sayğaca hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş, bu barədə hər hansı bir akt tərtib edilməmişdir. Lakin, bir müddət sonra Cavabdeh Tərtər X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən sayğaca guya müdaxilə səbəbi ilə dəymiş ziyanın həcminə görə 6480 m/k qaz sərfiyyatı hesablanmış və bu səbəbdən ondan 777.60 manat pulun ödənilməsi tələb edilmişdir. O, heç vaxt sayğaca müdaxilə etməmişdir. Sayğaca müdaxilə olmuşdursa belə bunun hansı kənar mexaniki təsir nəticəsində yaranması ona məlum deyildir. Bundan başqa məhkəmənin diqqətinə çatdırır ki, qaz sayğacı açıq şəkildə, yəni qoruyucu örtüksüz quraşdırıldığından ona kənar mexaniki təsirin olması istisna deyildir. İstənilən kənar şəxsin müdaxiləsi mümkündür. Belə olan halda istehlakçı olaraq qaz paylayıcısı olan cavabdeh qarşısında məsuliyyət daşımamalıdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı istifadə etdiyi qaz sayğacı kütləvi əvəzləmə səbəbindən yenisi ilə əvəz edilmişdir. İşdə olan Cavabdeh Tərtər X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı istifadə etdiyi sayğacının hesablama mexaniziminin qoruyucu şüşəsi tamamıilə sınıb və hesablama mexanizminin rəqəmli dişli çarxları açıq vəziyyətdə olduğu göstərilmişdir. İşdə olan Cavabdeh Tərtər X2 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cüil tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən qaz sayğacının maksimal qaz sərfinin 6 kub/m/saat, orta günlük iş rejimi -12saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, cəmi 6 x 12x90 =6480 kub/metr göstərilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, abonent- İddiaçı akta əsasən 777.60 manat pul hesablanmışdır. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş (xx.xx.2016-cı il tarixli, 180 saylı Qərarla dəyişikliklər təsdiq edilmiş) “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarım bəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.6-cı bəndinə əsasən sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Hazırki işüzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 777.60 manat borcun iddiaçının hesabından silinməsi üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda ona sərfiyyata görə əlavə pulun hesablanması yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, hazırkı iddia istehlakçı hüquqlarının pozulması ilə bağlı iddia verildiyindən və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu, habelə iddiaçının silinməsini tələb etdiyi məbləğ 1000 manatdan az olduğu üçün həmin Qanunun 8.1.1-ci maddəsinəəsasən iddia ərizəsinə məhkəmədə baxılması iləəlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalı, itirilmiş qaz sərfiyyatına görə (xx.xx.2023cü il tarixli, ******* nömrəli akta əsasən) hesablanmış 777.60 manat məbləğində pul iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə (xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən) hesablanmış 777.60 manat məbləğində pul İddiaçı hesabından silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar