Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-330/2024 03.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi) X11 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Ərizəçi nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı ərizə və tələbin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 09 saylı arayışda qeyd edilən Zərdab rayon X13 Rəyasət Heyətinin 14 noyabr 1994-cü il tarixli 13 saylı iclasının protokolundan Çıxarışın ona məxsus olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il təvəllüdlü olmaqla Zərdab rayonunun Əlibəyli kəndində yaşamışdır. xx.xx.1990-cı ildə X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ərinin soyadını qəbul etmişdir. Zərdab rayonunun “Yeni Həyat” kolxozunda kolxozçu işləmişdir. Kolxozun xx.xx.1994-cü il tarixli, 04 nömrəli ümumi iclas qərarına əsasən ona fərdi yaşayış evi tikintisi üçün 0.12 sot həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar sənədləşmə işləri aparılması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş, müəyyən olmuşdur ki, Zərdab rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 09 saylı arayışda qeyd edilən Zərdab rayon X13 Rəyasət Heyətinin 14 noyabr 1994-cü il tarixli 13 saylı iclasının protokolundan Çıxarışda soyadı, adı, atasının adı X1 yazılmışdır. Əslində soyadı Zülfiqarova, atasının adı isə Qiyasdır. Həmin uyğunsuzluq həyətyanı torpaq sahəsi ilə əlaqədar sənədləşmənin aparılmasında, nəticə etibarı ilə həmin torpaq sahəsi üzərində sərəncam hüququnun həyata keçirilməsində müəyyən çətinliklər yaradır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Qanuni nümayəndə ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçi xx.xx.1964-cü il təvəllüdlü olmaqla Zərdab rayonunun Əlibəyli kəndində doğulmuş və yaşamış, xx.xx.1990-cı ildə X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ərinin soyadını qəbul etmişdir. Ərizəçi Zərdab rayonunun “Yeni Həyat” kolxozunda kolxozçu işləmişdir. Kolxozun xx.xx.1994-cü il tarixli, 04 nömrəli ümumi iclas qərarına əsasən ərizəçiyə fərdi yaşayış evi tikmək üçün 0.12 sot həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi ilə əlaqədar sənədləşmə işləri aparılması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş, müəyyən olmuşdur ki, Zərdab rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 09 saylı arayışda qeyd edilən Zərdab rayon X13 Rəyasət Heyətinin 14 noyabr 1994-cü il tarixli 13 saylı iclasının protokolundan Çıxarışda ərizəçinin soyadı, adı, atasının adı X1 yazılmışdır. Ərizəçinin qızlıq soyadı Sadıqova, ərizəçi ailə qurduqdan sonra soyadı Zülfiqarova olmuş, atasının adı isə Qiyasdır. Qeyd edilən uyğunsuzluq torpağa dair sənədləşmənin aparılmasında, nəticə etibarı ilə həmin torpaq sahəsi üzərində sərəncam hüququnun həyata keçirilməsində ərizəçiyə müəyyən çətinlik yaradır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla həmdə qohumdurlar.Ərizəçinin qızlıq soyadı Sadıqova olmuş, ərizəçi həmkəndliləri Məhəmmədlə ailə qurmuş, hazırda ərizəçinin soyadı Zülfiqarova, atasının adı isə Sadıq deyil Qiyasdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla, həmdə qonşudurlar. Ərizəçinin atasının adı Qiyasdır, qızlıq soyadı Sadıqova olmuş, ərizəçi ailə qurduqdan sonra soyadı Zülfiqarova olmuşdur. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 09 saylı arayışda qeyd edilən Zərdab rayon X13 Rəyasət Heyətinin 14 noyabr 1994-cü il tarixli 13 saylı iclasının protokolundan Çıxarışdan görünür ki, “Yeni həyat” kolxozun xx.xx.1994-cü il tarixli, 04 nömrəli ümumi iclas qərarına əsasən X4 fərdi yaşayış evi tikmək üçün 0.12 sot həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Zərdab rayon Gəlmə kənd X17 tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və X6 arasında Zərdab rayon Gəlmə kənd X10 nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 23 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Zülfiqarov, arvada Zülfiqarova soyadı verilmişdir. İşdə olan Gəlmə kənd ZDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibinin soyadı, adı, atasının adı X2 yazılmışdır. İşdə olan Zərdab rayon İHB-nin Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 50 saylı arayışdan görünür ki, həqiqətən Zərdab rayonunun Əlibəyli kəndində X5 adlı vətəndaş yaşamayıb. Lakin, X6 adlı vətəndaş yaşayıb. İşdə olan 67 09 969991 saylı pasportun surətindən görünür ki, pasportun sahibinin soyadı, adı, atasının adı Ərizəçi kimi yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi Zərdab rayonunun “Yeni Həyat” kolxozunda kolxozçu işləmiş, kolxozun xx.xx.1994-cü il tarixli, 04 nömrəli ümumi iclas qərarına əsasən ərizəçiyə fərdi yaşayış evi tikmək üçün 0.12 sot həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi ilə əlaqədar sənədləşmə işləri aparılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş, müəyyən olmuşdur ki, Zərdab rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 09 saylı arayışda qeyd edilən Zərdab rayon X13 Rəyasət Heyətinin 14 noyabr 1994-cü il tarixli 13 saylı iclasının protokolundan Çıxarışda ərizəçinin soyadı, adı, atasının adı X1 yazılmışdır. Ərizəçinin qızlıq soyadı Sadıqova, ərizəçi ailə qurduqdan sonra soyadı Zülfiqarova, atasının adı isə Qiyasdır. Nəticədə ərizəçiyə məxsus hüquq müəyyənedici sənədlərlə -Zərdab rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 09 saylı arayışda qeyd edilən Zərdab rayon X13 Rəyasət Heyətinin 14 noyabr 1994-cü il tarixli 13 saylı iclasının protokolundan Çıxarışla ona məxsus 67 09 969991 saylı pasportu və digər sənədlər arasında uyğunsuzluq yaranmışdır. Qeyd olunan uyğunsuzluğa görə ərizəçiyə məxsus həyətyanı torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işlərinin aparılması, nəticə etibarı ilə həmin torpaq sahəsi üzərində onun sərəncam hüququnun həyata keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə hesab edir ki, əslində işin yuxarıda müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarındakı hüquqi mövqeyi ilə tam uzlaşır və sənəddəki uyğunsuzluğun aradan qaldırıla bilməsi üçün Ali Məhkəmənin adı çəkilən qərarında müəyyən etdiyi zəruri şərtlərin hamısı hazırkı halda mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 09 saylı arayışda qeyd edilən Zərdab rayon X13 Rəyasət Heyətinin 14 noyabr 1994-cü il tarixli 13 saylı iclasının protokolundan Çıxarışın Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müyyən olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 09 saylı arayışda qeyd edilən Zərdab rayon X13 Rəyasət Heyətinin 14 noyabr 1994-cü il tarixli 13 saylı iclasının protokolundan Çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-330/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-330/2024
03.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver