Məhkəmə qərarları › İş №2(035)-332/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-332/2023

30.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-332/2023 30.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Zərdab rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyanın sədri X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs üzrə Komissiyasına qarşı ərizə və tələbin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 09.04.*985-ci il tarixdə rəsmi nikaha girdiyi 20.03.*960-cı il təvəllüdlü arvadı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X8 ilə 09.04.*985-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həyat yoldaşına həkimlərin qiyduğu diaqnoz koqnitiv funksiyanın pozulmasıdır (zaman, məkan, qavrama, dərketmə) Həyat yoldaşının beynində el arasında deyildiyi kimi quruma gedir. Günün əksər hissəsi tam anlaqsız vəziyyətdə olur. Həyat yoldaşı özünü idarə edə bilmir, yazıb, oxuya bilmir, danışa bilmir və s. ona özü baxır. Birlikdə yaşayırlar, onu özü idarə edir, özü nəzarət edir. Həyat yoldaşının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olmadığından onun əməllərinə görə qəyyum kimi onun adından çıxış edə bilmir. Bəzi qərarlar var ki, onun özü verməlidir, imza etmək və s. Belə olan vəziyyətdə tamamilə çarəsiz qalır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, X8 ilə 09.04.*985-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X*2 hazırda anlaqsız vəziyyətdədir. X*0 “köqnitiv funksiyanın pozulması (zaman, məkan, qavrama, dərketmə” diaqnozu aşkarlanmışdır. X*2 hərəkətlərini ölçüb-bicmək, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik deyildir. İş üzrə təyin edilmiş Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə də X*2nın fəaliyyət qabiliyyəti olmayan şəxs olduğu müəyyən edilmişdir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün Sevil Qəribova fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, ona qəyyum təyin oluna bilsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərdab rayon İcra Hakimiyyətinin Qəyyumluq və X* sədri X4 - 20.03.*960-cı il 0*.*2.*963-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mülki işdə olan sənədlər: işdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən *8.04.2023-cü il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, Ərizəçi ilə X9 arasında 09.04.*985-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Qəribov, arvada Qəribova soyadı verilmişdir. İşdə olan Zərdab rayon Mərkəzi Xəstəxanası tərəfindən *3.04.2023-cü il tarixdə verilmiş *46 saylı arayışdan görünür ki, X3 həqiqətən Zərdab RMX PHŞ poliklinika şöbəsində müayinə zamanı xəstədə “Könqnitiv funksiyanın pozulması” (zaman, məkan, qavrama,dərketmə) diaqnozu aşkarlanmışdır. Xəstə tam anlaqsız vəziyyətdədir. İşdə olan Zərdab rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xəstə Sevil Qəribovanin *3.04.2023-cü il tarixdə keçdiyi beyin KT Nativ müayinəsindən görünür ki, keçdiyi müayinə nəticəsi baş beyin diffuz atrofiyası göstərilmişdir. İşdə olan Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2348 saylı rəyindən görünür ki, X6 Presenil demensiya (ağıl zəifliyi) müəyyən edilir. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının başa düşmək, onları şüurlu idarə etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil, onu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin *-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 7*-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.*-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.*-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. *0*.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. *06.*-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 2*7.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32*.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, 20.03.*960-cı il təvəllüdlü X8 ərizəçinin arvadıdır. X8 “köqnitiv funksiyanın pozulması (zaman, məkan, qavrama, dərketmə” və baş beyin diffuz atrofiyasından əziyyət çəkir. O, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə şüurlu rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən aşkar edilmiş xəstəlik X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır. Onun qeyd olunan xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk edə və onları şüurlu şəkildə idarə edə bilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də, ərizə təmin edilməli və 20.03.*960-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 20.03.*960-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən * (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar