Məhkəmə qərarları › İş №2(035)-35/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-35/2025

25.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-35/2025 25.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi) X14 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1965-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci il təvəllüdlü X4 onun əridir və hazırda onun himayəsində yaşayır. X4 F02.8 başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, ağıl zəyifliyi MMSE şkalası üzrə-8 bal yaddaş və intelektin kəskin enməsi xəstəliyindən əziyyət çəkir, İ dərəcəli əlildir. Hacıbaba hərəkətlərini ölçüb-biçmək, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik deyildir. Öz hərəkətlərinin mənasını dərk etmək və idarə etmək imkanına malik olmadığı üçün X17 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2003-cü ildə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X17 ağıl zəyifliyindən, yaddaşsızlıqdan əziyyət çəkir İ qrup əlildir. Hacıbaba öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik deyildir. İş üzrə təyin edilmiş Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə də X17un fəaliyyət qabiliyyəti olmayan şəxs olduğu müəyyən edilmişdir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün Hacıbaba Məmmədov fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, ona qəyyum təyin oluna bilsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında Zərdab rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyanın nümayəndəsi X11 xx.xx.1965-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Yuxarı Seyidlər kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X5 və X8 arasında xx.xx.2003-cü il tarixdə Zərdab rayon Yuxarı Seyidlər kənd icra nümayəndəliyində nikah akt qeydləri kitabında 04 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X4 F02.8 Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, MMSE-8bal. Kənar şəxsin qulluq və köməyinə ehtiyacı olan diaqnozu ilə əmək qabiliyyətsizdir, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsizdir, birinci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3557 saylı rəyindən görünür ki, X2 dəqiqləşdirilməmiş demensiya (ağıl zəifliyi) müəyyən edilir, o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. İşdə olan X9 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilən teleqramdan görünür ki, o, atası X4 hələ o, uşaqlıqdaykən onun psixi pozğunluqlarının şahidi olduğunu, ailələrində həmişə bununla bağlı problemlər yaşadıqlarını, hal hazırda Bakı şəhərində Grantmart Novasin filialında işləyidiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İşdə olan X10 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilən teleqramdan görünür ki, o, hal hazırda tələbə olduğunu, Bakı şəhərində 28 Mayda Bakı şəhər Dəmir Yolu liseyində təhsil aldığını, onun üçündə məhkəmədə iştiark edə bilməyəcəyini, atası Hacıbaba Məmmədovun hal hazırda xəstə olduğunu, həmişə ailələrində onun psixiologiyasından əziyyət çəkdiklərini, həmişə, indidə onun özünü idarə etməsi mümkünsüz olduğunu bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, xx.xx.1965-ci il təvəllüdlü X4 ərizəçinin əridir. X4 İ qrup əlil olmaqla, dəqiqləşdirilməmiş demensiya (ağıl zəifliyi) xəstəliyindən əziyyət çəkir. O, xəstəliyi nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən aşkar edilmiş xəstəlik X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır. Onun qeyd olunan xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk edə və onları şüurlu şəkildə idarə edə bilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də, ərizə təmin edilməli və xx.xx.1965-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar