Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-428/2024 24.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi) X12 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Torpağa Mülkiyyət Hüququna dair JN-0095 kod 90505028 olan Dövlət Aktının Ərizəçi məxsus olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab rayonu Salahlı kəndində yerləşən təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqədar qeydiyyat işləri aparılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş, müəyyən olunmuşdur ki, Torpağa Mülkiyyət Hüququna dair JN-0095 kod 90505028 olan Dövlət Aktında onun adında uyğunsuzluq vardır. Belə ki, Azərbaycan Respublikası AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Əliyeva X11 Mülkiyyət Hüququna dair JN-0095 kod 90505028 olan Dövlət Aktında səhvən X2 göstərilmişdir. Həmin uyğunsuzluq səbəbindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsində qeydiyyatın aparılması mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 saylı qərarı ilə ona və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Salahlı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.52 ha torpaq sahəsi verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN-0095 kod 90505028 olan Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işləri aparılması, yəni çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş, orada müəyyən olunmuşdur ki, X14 onun soyadı Abbasova, adı isə səhvən Zeynəb kimi yazılmışdır. Qızlıq soyadı Abbasova olmuş, ailə qurduqdan sonra ərinin soyadını qəbul etdiyindən soyadı Əliyeva olmuş, adı isə Günaydır. Həmin uyğunsuzluq səbəbindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsində yenidən sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. Qeyd edilən uyğunsuzluq torpağa dair sənədləşmənin aparılmasında, nəticə etibarı ilə həmin torpaq sahəsi üzərində sərəncam hüququnun həyata keçirilməsində ona müəyyən çətinlik yaradır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli və qonşudurlar. Ərizəçinin qızlıq soyadı Abbasova, ailə qurduqdan sonra soyadı Əliyeva olmuş, adı isə Günaydır. Ərizəçigilin ailəsində Zeynəb adlı şəxs yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli və qonşudurlar. Ərizəçinin qızlıq soyadı Abbasova, ailə qurduqdan sonra soyadı Əliyeva olmuş, adı isə Günaydır. Ərizəçigilin ailəsində Zeynəb adlı şəxs yoxdur. Mülki işdə olan sənədlər: İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0095 Kod 90505028 Dövlət Aktının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, torpaq mülkiyyətçiləri kimi X15, X4, X8 və X5 qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin soyadı, adı, atasının adı Ərizəçi kimi yazılmışdır. İşdə olan Gəlmə kənd soveti tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin sahibinin soyadı, adı, atasının adı X3 yazılmışdır. İşdə olan Zərdab rayon İHB-nin Hüseynxanlı kəndi üzrə icra nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X9 arasında Zərdb rayon İHB-nin Hüseynxanlı kəndi üzrə icra nümayəndəliyində xx.xx.2007-ci il tarixdə nikah akt qeydləri kitabında 03 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşdə olan Zərdab Rayon İHB-nin Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 62 saylı arayışından görünür ki, Zərdab rayonu AİK-nin xx.xx.1998-ci il, 02 saylı qərarı ilə tərtib edilmiş JN 0095 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ailə üzvlərinin hüquq subyektində texniki səhv olaraq X2 yazılmışdır. əslində isə Abbasova(Əliyeva) Günay Abbas qızı kimi yazılmalı idi. İşdə olan xx.xx.2023-cü il tarixdə Zərdab rayon İHB-nin müavini, Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri X6, Zərdab rayonu, Gəlmə kənd icra nümayəndəsi X10, Zərdab rayon Gəlmə Bələdiyyəsinin sədri X7, vətəndaş X15 və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR VƏ PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin Zərdab rayon şöbəsinin müdiri X1 iştirakı ilə tərtib edilmiş Aktdan görünür ki, Azərbaycan Respublikasının Dövlət və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən verilmiş Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının (JN-0095) adlı siyahısında adlar texniki səhv olaraq X2 yazılmışdır. Komissiya müəyyən etdi ki, həqiqətən onun doğru adı Abbasova (Əliyeva) Günay Abbas qızıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə ərizəçiyə və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Salahlı kəndi ərazisindən 2.52 ha pay torpaq sahəsi verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN-0095 kod 90505028 olan Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işləri aparılması, yəni çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadıstırı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş, orada müəyyən olunmuşdur ki, X14 ərizəçinin soyadında və adında uyğunsuzluq vardır. Belə ki, ərizəçinin qızlıq soyadı Abbasova olmuş, ailə qurandan sonra ərinin soyadını qəbul etdiyindən soyadı Əliyeva, adı isə Günaydır. X14 ərizəçinin soyadı qızlıq soyadına uyğun, adı isə səhvən Zeynəb kimi yazılmışdır. Nəticədə ərizəçiyə məxsus hüquq müəyyənedici sənədlərlə -Torpağa Mülkiyyət Hüququna Dair JN-0095 Kod 90505028 olan Dövlət Aktı ilə ona məxsus Azərbaycan Respublikası AA ******* nömrəli şəxsiyyət vəsiqəsi arasında uyğunsuzluq yaranmışdır. Qeyd olunan uyğunsuzluğa görə ərizəçiyə məxsus torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işlərinin aparılması, nəticə etibarı ilə həmin torpaq sahəsi üzərində onun sərəncam hüququnun həyata keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə hesab edir ki, əslində işin yuxarıda müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarındakı hüquqi mövqeyi ilə tam uzlaşır və sənəddəki uyğunsuzluğun aradan qaldırıla bilməsi üçün Ali Məhkəmənin adı çəkilən qərarında müəyyən etdiyi zəruri şərtlərin hamısı hazırkı halda mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, Torpağa Mülkiyyət Hüququna dair JN-0095 kod 90505028 olan Dövlət Aktının Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müyyən olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-0095 kod 90505028 olan Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-428/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-428/2024
24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver