Məhkəmə qərarları › İş №2(035)-441/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-441/2024

11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-441/2024 11.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi “sənədin həmin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi) X9 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin həmin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 253 saylı, xx.xx.2018-ci il tarixli Arxiv arayışının ona, yəni AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 02 noyabr 1978-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, qızlıq soyadı Məmmədova olmuş, Feruz Mikayılovla nikaha daxil olarkən onun soyadını qəbul etmiş və hazırda soyadı Mikayılovadır. 1979- 1991, 1993-1998-ci illərdə Zərdab rayonunun sabiq M.Qorki və İsaqbağı kolxozlarında işləmiş, həmin kolxozlarda işləyərkən əmək haqqı cədvəllərində 1979-1985, 1987, 1988, 1993, 1994-cü illərdə soyadı İsrafilova, 1986, 1989-1991,1995-1998-ci illərdə Mikayılova kimi yazılmışdır. Əri tərəfdən ailələrində həm İsrafilov, həm də Mikayılov soyadları olduğundan onun da soyadı əmək haqqı cədvəllərndə həm Mikayılova, həmdə İsrafilova kimi yazılmışdır. Hazırda təqaüdə çıxmalıdır, Zərdab rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 253 saylı, xx.xx.2018-ci il tarixli Arxiv arayışında soyadında uyğunsuzluq olduğundan müəyyən çətinlik yarana bilər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, 02 noyabr 1978-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, qızlıq soyadı Məmmədova olmuş, Feruz Mikayılovla nikaha daxil olarkən onun soyadını qəbul etmiş və hazırda soyadı Mikayılovadır. 1979-1991, 1993-1998-ci illərdə Zərdab rayonunun sabiq M.Qorki və İsaqbağı kolxozlarında işləmiş, həmin kolxozlarda işləyərkən əmək haqqı cədvəllərində 1979-1985, 1987, 1988, 1993, 1994-cü illərdə soyadı İsrafilova, 1986, 1989- 1991,1995-1998-ci illərdə Mikayılova kimi yazılmışdır. Əri tərəfdən ailələrində həm İsrafilov, həm də Mikayılov soyadları olduğundan onun da soyadı əmək haqqı cədvəllərndə həm Mikayılova, həmdə İsrafilova kimi yazılmışdır. Hazırda təqaüdə çıxmalıdır, Zərdab rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 253 saylı, xx.xx.2018-ci il tarixli Arxiv arayışında soyadında uyğunsuzluq olduğundan müəyyən çətinlik yaranır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla birlikdə kolxozda işləmişlər. Ərizəçinin qızlıq soyadı Məmmədova olmuş, ailə qurduqdan sonra ərinin soyadını qəbul etmiş, soyadı Mikayılova olmuşdur. Ərizəçinin əri tərəfdən ailələrində həm Mikayılov, həm də İsrəfilov soyadları olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla həmdə qonşudurlar. Ərizəçinin qızlıq soyadı Məmmədova olmuş, ailə qurduqdan sonra ərinin soyadını qəbul etmiş, soyadı Mikayılova olmuşdur. Ərizəçinin əri tərəfdən ailələrində həm Mikayılov, həm də İsrəfilov soyadları olmuşdur. Ona görə də kolxoz sənədlərində ərizəçinin soyadı həm Mikayılova, həmdə İsrafilova kimi yazılmışdır. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 253 saylı, xx.xx.2018-ci il tarixli Arxiv arayışından görünür ki, Mikayılova X3 rayonunun sabiq M.Qorki və İsaqbağı kolxozlarının üzvü olmuş, onun 1979-1985, 1987, 1988, 1993, 1994-cü illərdə soyadı İsrafilova, 1986, 1989-1991, 1995-1998-ci illərdə Mikayılova kimi yazılmışdır. İşdə olan Zərdab rayon İHB-nin İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 37 saylı arayışdan görünür ki, Zərdab rayon Dövlət Arxivindən verilmiş arayışda İsrafilova Qureyiş ilə Ərizəçi eyni şəxsdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X1 xx.xx.1960-cı il təvəllüdlü olmaqla, atası qrafasında atası kimi X5, anası qrafasında anası kimi X2 yazılmışdır. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, X6 və Ərizəçi arasında Zərdab rayon İHB-nin İsaqbağı kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1978-ci il tarixdə 10 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Mikayılov, arvada Mikayılova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin soyadı, adı, atasının adı Ərizəçi kimi yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi qızlıq soyadı Məmmədova olmuş, o, xx.xx.1978-ci ildə X6 ilə rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmiş, hazırda soyadı Mikayılovadır. Ərizəçi 1979-1991, 1993-1998-ci illərdə Zərdab rayonunun sabiq M.Qorki və İsaqbağı kolxozlarında işləmiş, həmin kolxozlarda işləyərkən əmək haqqı cədvəllərində 1979-1985, 1987, 1988, 1993, 1994-cü illərdə ərizəçinin soyadı İsrafilova, 1986, 1989-1991,1995-1998-ci illərdə Mikayılova kimi yazılmışdır. Ərizəçinin əri tərəfdən ailələrində həm İsrafilov, həm də Mikayılov soyadları olduğundan ərizəçinin də soyadı əmək haqqı cədvəllərndə həm Mikayılova, həm də İsrafilova kimi yazılmışdır. Nəticədə ərizəçiyə Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 253 saylı, xx.xx.2018-ci il tarixli Arxiv arayışı ilə ona məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi arasında uyğunsuzluq yaranmışdır. Qeyd olunan uyğunsuzluğa görə Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 253 saylı, xx.xx.2018-ci il tarixli Arxiv arayışında ərizəçinin soyadında uyğunsuzluq olduğundan təqaüdə çıxmasında müəyyən çətinlik yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə hesab edir ki, əslində işin yuxarıda müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarındakı hüquqi mövqeyi ilə tam uzlaşır və sənəddəki uyğunsuzluğun aradan qaldırıla bilməsi üçün Ali Məhkəmənin adı çəkilən qərarında müəyyən etdiyi zəruri şərtlərin hamısı hazırkı halda mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 253 saylı, xx.xx.2018-ci il tarixli Arxiv arayışının AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müyyən olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 253 saylı, xx.xx.2018-ci il tarixli Arxiv arayışının AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar