Məhkəmə qərarları › İş №2(035)-460/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-460/2024

12.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-460/2024 12.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər:Borcun silinməsi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsinə” dair iddia ərizəsi üzrə mülki işə 12 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona verilmiş bildiriş üzrə qanunsuz olaraq onun adına hesablanmış 86.11 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Zərdab rayon Lələağacı kəndində yaşayır. Azərbaycan Respublikası "xxxx" ASC X2 tərəfindən 2023-cü ilin avqust aylarında Zərdab rayonu Lələağacı kəndində yerləşən fərdi yaşayış evlərinin işıq sayğacı yandığı üçün dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Lakin, sonradan bilinməyən səbəblərdən "xxxx" ASC X2 tərəfindən iddiaçıya borc bildirişi göndərilmişdir. Səbəb kimi isə qeyd etmişdilər ki, iddiaçı işıq sayğacına müdaxilələr edərək elektrik enerjisindən 86.11 manatlıq istifadə etmişdir. O, sayğaca müdaxilə etmiş olsaydı, bunu sayğaca hər ay baxış keçirən Azərişıq İdarəsinin əməkdaşı aşkar etmiş olardı. Lakin, belə bir hal aşkar olunmamış, bu barədə hər hansı bir Akt tərtib edilməmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş bildiriş əsasən sayğaca guya müdaxilə səbəbi ilə dəymiş ziyana görə ondan 86.11 manat pulun ödənilməsi tələb edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin 185,6-ci maddəsinə əsasən səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onun yaşadığı Zərdab rayonunun Lələağacı kəndində yerləşən evinə gedən elekrtik xəttinin üzərində elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin nəzarətçiləri tərəfindən hər ay sayğaca baxış keçirilmiş və sayğacın göstəriciləri çıxarılaraq ödəniş edilməsi üçün ona təqdim olunmuşdur. O, elektrik enerjisində istifadə haqlarını həmişə sayğacın göstəricilərinə uyğun olaraq vaxtı-vaxtında ödəmişdir. Bununla bağlı "xxxx" ASC-nin əməkdaşları heç vaxt ona hər hansı bir pretenziya bildirməmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, həmin ərəfədə bütün kənd sakinlərinin elektrik sayğacları dəyişdirilmiş və bunun plan üzrə olduğu bildirilmişdir. O cümlədən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 416297№-li protokol yazılmaqla ona məxsus elektrik sayğacı götürülərək yenisi ilə əvəz edilmişdir. Həmin vaxt ona sayğaca hər hansı bir müdaxilənin olması barədə heç nə deyilməmişdir. Əksinə rəhbərliyin göstərişinə əsasən plan üzrə sayğacları dəyişdirdiklərini demişlər. Lakin, üstündən bir neçə müddət keçdikdən sonra cavabdeh tərəfindən bildiriş göndərilərək ondan ümumilikdə 86.11 manat məbləğində pulun ödənilməsi tələb olunmuşdur. Səbəbini soruşduqda "xxxx" ASC-nin əməkdaşları onun guya sayğaca müdaxilə etdiyini bildirmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olmamışdır. xx.xx.2023-cü il tarixli, 416297№-li protokola əsasən ona məxsus sayğac götürülərkən, bu barədə protokolda heç bir qeyd yazılmamış və onun tərəfindən imzalanmamışdır. Ona görə ki, sayğac götürülərkən plombu yerində olmuşdur. Əgər sayğaca hər hansı bir kənar müdaxilə olmuş olsaydı plombu qırılmış olardı və bu hal "xxxx" ASC-nin əməkdaşları tərəfindən yerindəcə aktlaşdırılardı. Sayğacın labarator yoxlanışı onun iştirakı olmadan, birtərəfli qaydada aparıldığı üçün mötəbər hesab edilə bilməz. O, hesab edir ki, onun adına hesablanmış 86.11 manat pulun qanunsuz hesablandığı üçün məhkəmə qaydasında ləğv edilməlidir. Ona görə də, o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş “məişət istehlakçılarında sayğacların yoxlanılması və quraşdırılması” haqqında xx.xx.2013-cü il tarixli, 416297 №-li protokoldan görünür ki, İddiaçı (hazırkı iddiaçının) yaşadığı Zərdab rayonunun Lələağacı kəndində yerləşən evinə gedən elekrtik xəttinin üzərində quraşdırılmış elektrik sayğacı "xxxx" ASC-nin rəhbərliyinin göstərişinə əsasən götürülərək, yenisi ilə əvəz edilmişdir. Həmin aktda sayğacın labarator yoxlamadan keçirilməsi üçün götürüldüyü qeyd edilmişdir. İşdə olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş “məişət abonent (əhali) istehlahçılar qrupu” haqqında xx.xx.2023-cü il tarixli, 303747 №-li aktdan görünür ki, sayğaca keçirilən baxış zaman məlum olmuşdur ki, elektirik sayğacı boşluq səbəbindən əridiyi üçün yenisilə əvəz edilmişdir. İşdə olan Satış sahələri və Texniki sahələri üzrə tələblərdən görünür ki, 303747 saylı akta əsasən İddiaçı məxsus sayğac keçən yükü qeyd etmədiyi üçün xx.xx.2023-cü il tarixli, 303747 №-li akta əsaən W-1,2 kVtx 24 saat x (0.7) x 40 gün -806 kv, itirilmiş enerjinin bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, 267 kVts x 0.08 manat=21.33 manat, 133 kVts x 0.09 manat=12 manat, 406 kVts x 0.13 manat=52.78 manat=86.11 manat göstərilmişdir Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir . 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. 560.3.5-ci maddəsinin mənasına görə bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə hüquqdan sui-istifadədir. 560.3.6.1-ci maddəsinin mənasına görə qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında iddiaçının verdiyi izahatdan, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, iddiaçının yaşadığı Zərdab rayonunun Lələağacı kəndində yerləşən evinə gedən elektrik xəttinin üzərində quraşdırılmış elektrik sayğacı plan üzrə rəhbərliyin göstərişinə əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, 416297№-li protokol yazılmaqla götürülərək yenisi ilə əvəz edilmişdir. Həmin vaxt sayğaca hər hansı bir kənar müdaxilənin olması müəyyən edilməmiş, sayğac götürülərkən dövlət möhürünün plombu yerində olmuşdur. Sayğaca hər hansı bir kənar müdaxilənin olmasına dair "xxxx" ASC-nin əməkdaşları tərəfindən istehlakçının və iki nəfər hal şahidinin iştirakı təmin edilməklə yerində hər heç bir Akt tərtib edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 78.1, 217.3, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırkı iddia predmetinə görə elə iddialardandır ki, burada sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə prosesinin gedişində məhkəmə tərəfindən cavabdeh "xxxx" ASC-yə sorğular göndərilərək, iddianın rədd olunmasına əsas ola biləcək sübutların məhkəməyə göndərilməsi təklif olunsa da, cavabdeh tərəfindən iddianın rədd olunmasına əsas ola biləcək sübutlarını məhkəməyə göndərməmişdir. İddiaçı sözügedən sayğaca hər hansı bir müdaxilə etmədiyini məhkəmə iclasında bildirmiş və yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandıraraq müdafiə etmişdir. Yuxarıda qeyd edildiyi kimi iş materiallarında sözügedən sayğacın labarator yoxlamadan keçirilməsi və həmin yoxlamada sayğac sahibinin (hazırkı iddiaçının) iştirakının təmin olunmasına dair heç bir sübut müəyyən olunmamışdır. Şübhə halında labarator yoxlama keçirilmiş olsa belə, iddiaçının iştirakı olmadan birtərəfli qaydada keçirildiyindən yoxlamanın obyektivliyi kifayət qədər şübhə altına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olnmuşdur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə əsasən hər hansı bir akt ümumiyyətlə tərtib edilməmişdir. Məhkəmə araşdırması gedişində cavabdeh tərəf belə bir aktı məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, hazırkı iddia istehlakçı hüquqlarının pozulması ilə bağlı iddia verildiyindən və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu, habelə iddiaçının silinməsini tələb etdiyi məbləğ 1000 manatdan az olduğu üçün həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalı, itirilmiş işıq sərfiyyatına görə (xx.xx.2023cü il tarixli, 303747 nömrəli akta əsasən) hesablanmış 86.11 manat məbləğində pul iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən sayğaca müdaxiləyə görə (xx.xx.2023-cü il tarixli, 303747 nömrəli akta əsasən) hesablanmış 86.11 manat borc iddiaçının hesabından silinsin. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar