Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-486/2023 06.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 Xidmətinə qarşı “Əmək Müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər:Əmək müqaviləsinin etibarsız hesab edilməsi tələbi) X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 Xidmətinə qarşı “Əmək Müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 06 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə qarşı iddia ərizəsı ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək Müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “DOST” Mərkəzinə müraciət edərək işsiz kimi qeydiyyata düşməsini və əlavə iş vakansiyaları barədə məlumat almaq istəyini bildirmişdir. Lakin, ona məlum olmuşdur ki, o, Zərdab rayonu, Gəlmə kəndi sakini, Cavabdeh rəhbər olduğu müəssisədə kuryer vəzifəsində çalışır və bağlandığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq onun adına aylıq əmək haqqı olaraq hər ay 250.00 manat pul hesablanır. Lakin, onun bundan heç-bir məlumatı olmamışdır. Ona görə də, o, bağlanmış əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi üçün X3 Xidmətinə müraciət etmiş və Xidmətin Mərkəzi Aran regional şöbəsindən ona cavab verilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilmiş və hal-hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluq sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətlərinə aid olmadığı bildirilərək işəgötürənə müraciət edilməsini, işəgötürən tərəfindən icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, onda müqavilənin ləğvi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. Onun tərəfindən cavabdehə müraciət edilərək onunla bağlanmış Əmək Müqaviləsinə xitam verilməsini xahiş etsədə, lakin, bu günə kimi ona heç bir cavab verilməmişdir. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “DOST” Mərkəzinə müraciət edərək işsiz kimi qeydiyyata düşməsini və əlavə iş vakansiyaları barədə məlumat almaq istədiyini bildirmişdir. Lakin, ona məlum olmuşdur ki, o, Zərdab rayonu, Gəlmə kəndi sakini, Cavabdeh rəhbər olduğu müəssisədə kuryer vəzifəsində çalışır və bağlandığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq onun adına aylıq əmək haqqı olaraq hər ay 250 manat pul hesablanır. Lakin, onun bundan heç-bir məlumatı olmamışdır. Ona görə də, o, bağlanmış əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi üçün X3 Xidmətinə müraciət etmiş və Xidmətin Mərkəzi Aran regional şöbəsindən ona **********2 saylı, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilmiş və hal-hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluq sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətlərində olmadığı bildirilmişdir. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluğun sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada məhkəməyə müraciət edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Əmək Müqaviləsinin bildirişinin Əmək və Məşğulluq alt sisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. Cavabdeh xx.xx.2023-cü ildə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən etibarən onunla bağlanmış Əmək Müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən bu günə kimi ona heç bir cavab verilməmişdir. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X2 izahatında göstərmişdir ki, iddiaçıda daxil olmaqla elektron portalda üç yüzdən çox fiziki şəxs Zərdab rayonu, Gəlmə kəndi sakini, cavabdehin rəhbər olduğu müəssisədə müxtəlif vəzifələrdə çalışır və bağladıqları əmək müqaviləsinə uyğun olaraq onların adına hər ay aylıq əmək haqqı hesablanır. İddiaçı tərəfindən onlara ünvanlanmış məktuba cavab verilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilmiş və hal-hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluq sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətlərinə aidiyyatı olmadığı bildirilmişdir. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluğun sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Lakin, işəgötürənə dəfələrlə müraciət edilməsinə baxmayaraq heç-bir nəticə olmamışdır.Ona görə də, o, bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməklə xitam verilməsinə heç-bir etirazı yoxdur. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mərkəzi Aran regional şöbəsinin **********2 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilmiş və hal-hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluq sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətlərində olmadığı bildirilmişdir. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluğun sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada məhkəməyə müraciət edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Əmək Müqaviləsinin bildirişinin Əmək və Məşğulluq alt sisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınmasına dair tələbi irəli sürülməli olduğunu bildirilmişdir. İşdə olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdən müddətsiz olaraq kuryer vəzifəsinə qəbul edilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337-1-ci maddəsinə görə bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, iddiaçı “DOST” Mərkəzinə müraciət edərək işsiz kimi qeydiyyata düşməsini və əlavə iş vakansiyaları barədə məlumat almaq istəyini bildirərkən ona məlum olmuşdur ki, o, Zərdab rayonu, Gəlmə kəndi sakini, Cavabdeh rəhbər olduğu müəssisədə kuryer vəzifəsində çalışır və bağlandığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq onun adına hər ay aylıq əmək haqqı hesablanır. Ona görə də, o, bağlanmış əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi üçün X3 Xidmətinə müraciət etmiş və Xidmətin Mərkəzi Aran regional şöbəsindən ona **********2 saylı, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilmiş və halhazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluq sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətlərinə aid olmadığı bildirilərək işəgötürənə müraciət edilməsini, işəgötürən tərəfindən icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, onda müqavilənin ləğvi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İddiaçı tərəfindən cavabdehə müraciət edilərək onunla bağlanmış Əmək Müqaviləsinə xitam verilməsini xahiş etsədə, lakin, bu günə kimi heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeyini, maddi və prosesual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia həm faktiki, həmdə ki, hüquqi əsasa malikdir. AR Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Ə.Ə.İbrahimovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli Qərarının qanuniliyinin yoxlanılmasına dair Plenumun Qərarına əsasən “Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər” (Mülki Məcəllənin 337.1,338 və 339-cu maddələri). Beləliklə, məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilməklə xitam verilsin. Qətnamədən 01 ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev.
Məhkəmə qərarları › İş №2(035)-486/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-486/2023
06.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver