Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-487/2023 15.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 oğlu, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “sənədlərin şəxslərə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: sənədlərin şəxslərə məxsus olması faktının müəyyən olunmas tələbi) X20 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Ərizəçi1 Ərizəçi, həmdə digər Ərizəçi3 nümayəndəsi Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “sənədlərin həmin şəxslərə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 oğlu, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 Kod 90500016 olan Dövlət Aktının AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1, Azərbaycan Respublikası AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2, Azərbaycan Respublikası AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 və Zərdab rayon İHB-nin Bəyimli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-1 955219 №-li ölüm haqqında şəhadətnamədə göstərilən X16 məxsus olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, Zərdab rayonu Bəyimli qəsəbəsində yerləşən təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əlaqədar qeydiyyat işləri aparılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər, müəyyən olunmuşdur ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 kod 90500016 saylı Dövlət Aktında adlarında uyğunsuzluq vardır. Belə ki, Azərbaycan Respublikası AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1 Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 kod 90500016 saylı Dövlət X1 kimi, Azərbaycan Respublikası AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2 Dövlət Aktında göstərilən X7, Azərbaycan Respublikası AA******* nömrəli olan şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 Dövlət X2 kimi, Zərdab rayon İHB-nin Bəyimli qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-1 955219 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X14 Dövlət Aktında göstərilən X8 göstərilmişdir. Həmin uyğunsuzluq səbəbindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində qeydiyyatın aparılması mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarizli 05 saylı qərarı ilə ona və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən 3.38 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-0046 kod 90500016 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işləri aparılması, yəni çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, orada müəyyən olunmuşdur ki, sözügedən Dövlət Aktında özünün və mərhum ərinin soyadında uyğunsuzluq vardır, özünün soyadı Soltanova, mərhum əri İlqar Zeynalovun da soyadı Soltanov kimi yazılmışdır. Belə ki, özünün qızlıq soyadı Soltanova olmuş, ailə qurduqdan sonra ərinin soyadını qəbul etmiş, soyadı Zeynalova olmuşdur. Əri İlqarın soyadı Zeynalov olsa da sözügedən Dövlət aktında ərinin soyadı onun qızlıq soyadına uyğun yazılmışdır. Həmin uyğunsuzluq səbəbindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsində yenidən sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. Qeyd edilən uyğunsuzluq torpağa dair sənədləşmənin aparılmasında, nəticə etibarı ilə həmin torpaq sahəsi üzərində sərəncam hüququnun həyata keçirilməsində müəyyən çətinlik yaradır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi və digər Ərizəçi3 nümayəndəsi Ərizəçi2 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarizli 05 saylı ilə ona və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən 3.38 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-0046 kod 90500016 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işləri aparılması, yəni çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, orada müəyyən olunmuşdur ki, sözügedən Dövlət Aktında özünün soyadında, digər Ərizəçi3 soyadında və adında uyğunsuzluq vardır. Belə ki, özünün soyadı Zeynalov olsada sözügedən Dövlət Aktında soyadı anası Ərizəçi1 qızlıq soyadına uyğun Soltanov kimi yazılmışdır. Digər Ərizəçi3 qızlıq soyadı Zeynalova, ailə qurduqdan sonra soyadı Məmmədova, adı isə Xəyalə olsada sözügedən X23 adı səhvən Pərvin, soyadı isə qızlıq soyadına uyğun Zeynalova kimi yazılmışdır. Həmin uyğunsuzluq səbəbindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsində yenidən sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. Qeyd edilən uyğunsuzluq torpağa dair sənədləşmənin aparılmasında, nəticə etibarı ilə həmin torpaq sahəsi üzərində sərəncam hüququnun həyata keçirilməsində müəyyən çətinlik yaradır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, ərizəçilərlə həmkəndli olmaqla qonşudurlar, ərizəçilərin soyadları Zeynalov (Zeynalova) olmuş, ərizəçilərin ailəsində Pərvin adında ailə üzvləri yoxdur. Ərizəçi3 kənd arasında Xəyalə adı ilə çağırmışlar. Sözügedən Dövlət aktında ərizəçilərin soyadlarını səhvən Ərizəçi1 qızlıq soyadına uyğun Soltanova, Xəyalənin adını isə səhvən Pərvin kimi yazmışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən X18 ifadəsində göstərmişdir ki, ərizəçilərlə həmkəndli olmaqla qonşudurlar, ərizəçilərin soyadları Zeynalov (Zeynalova) olmuş, ərizəçilərin ailəsində Pəvin adında ailə üzvləri yoxdur. Ərizəçi3 kənd arasında Xəyalə adı ilə çağırmışlar. Sözügedən Dövlət aktında ərizəçilərin soyadlarını səhvən Ərizəçi1 qızlıq soyadına uyğun Soltanova Xəyalənin isə adını səhvən Pərvin kimi yazmışlar. Mülki işdə olan sənədlər: İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 Kod 90500016 Dövlət Aktının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, torpaq mülkiyyətçiləri kimi X28, X9, X17, X10, X11 qeyd olunmuşdur. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, X29 ilə X9 arasında Zərdab rayon İHB-nin Bəyimli qəsəbəsində xx.xx.1983-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. İşdə olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin soyadı, adı, atasının adı Ərizəçi1 kimi yazılmışdır. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, arayış sahibinin adı, soyadı və ata adı Ərizəçi2 kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikası AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin soyadı, adı, atasının adı Ərizəçi2 kimi yazılmışdır. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, arayış sahibinin adı, soyadı və ata adı X5 yazılmışdır. İşdə olan Ağdam rayon İHB-nin İmamqulubəyli ərazi nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X12 arasında Ağdam rayon İHB-nin İmamqulubəyli ərazi nümayəndəliyində xx.xx.2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin soyadı, adı, atasının adı Ərizəçi3 kimi yazılmışdır. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X29 xx.xx.2018-ci ildə vəfat etmişdir. İşdə olan Zərdab rayon İHB-nin müavini, Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırma şöbəsinin müdiri X13, Zərdab rayon İHB-nin Bəyimli qəsəbə İƏD-si üzrə nümayəndəsi X19, Zərdab rayon Bəyimli Bələdiyyəsinin sədri X33, vətəndaş Ərizəçi2, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin Zərdab rayon şöbəsinin müdiri X6 iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Aktdan görünür ki, Azərbaycan Respublikasının Dövlət və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktının (JN-0046) adlı siyahısında texniki səhv olaraq X28, X9, X17 və X4 yazılmışdır. Komissiya müəyyə etmişdir ki, onların doğru adı X29, Ərizəçi1, Ərizəçi2, Dadaşova (Zeynalova) Pərvanə İlqar qızı, Məmmədova (Zeynalova) Xəyalə İlqar qızı kimidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarizli 05 saylı qərarı ərizəçilərə və onların digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən 3.38 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-0046 kod 90500016 olan Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar yenidən sənədləşmə işləri aparılması, yəni çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadıstırı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş, orada müəyyən olunmuşdur ki, sözügedən Dövlət Aktında Ərizəçilərin soyadında və adında uyğunsuzluq vardır, Ərizəçi1 soyadı Soltanova, mərhum əri İlqar Zeynalovun da soyadı Soltanov kimi, Ərizəçi2 soyadı Soltanov, digər Ərizəçi3 soyadı Zeynalova, adı Pərvin kimi yazılmışdır. Belə ki, Ərizəçi1 qızlıq soyadı Soltanova olmuş, ailə qurduqdan sonra ərinin soyadını qəbul etmiş, soyadı Zeynalova olmuşdur. Ərizəçi1 əri İlqarın soyadı Zeynalov olsa da, sözügedən Dövlət aktında ərinin soyadı onun qızlıq soyadına uyğun yazılmışdır. Həmçinin Ərizəçi2 soyadı Zeynalov olsada, sözügedən Dövlət Aktında soyadı anası Ərizəçi1 qızlıq soyadına uyğun Soltanov kimi, digər Ərizəçi3 qızlıq soyadı Zeynalova, ailə qurduqdan sonra soyadı Məmmədova, adı isə Xəyalə olsada sözügedən X23 adı səhvən Pərvin, soyadı isə qızlıq soyadına uyğun Zeynalova kimi yazılmışdır. Nəticədə ərizəçilərə məxsus hüquq müəyyənedici sənədlərlə -Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 Kod 90500016 olan Dövlət Aktı ilə onlara məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri və digər sənədlər (ölüm haqqında şəhadətnamə və s.) arasında uyğunsuzluq yaranmışdır. Qeyd olunan uyğunsuzluğa görə ərizəçilərə məxsus torpaq sahələri ilə əlaqədar yenidən sənədləşmə işlərinin aparılması, nəticə etibarı ilə həmin torpaq sahələri üzərində onların sərəncam hüququnun həyata keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə hesab edir ki, əslində işin yuxarıda müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarındakı hüquqi mövqeyi ilə tam uzlaşır və sənəddəki uyğunsuzluğun aradan qaldırıla bilməsi üçün Ali Məhkəmənin adı çəkilən qərarında müəyyən etdiyi zəruri şərtlərin hamısı hazırkı halda mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 Kod 90500016 olan Dövlət Aktının AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1, Azərbaycan Respublikası AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2, Azərbaycan Respublikası AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 və Zərdab rayon İHB-nin Bəyimli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-1 955219 №-li ölüm haqqında şəhadətnamədə göstərilən X16 məxsus olması faktı məhkəmə qaydasında müyyən olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN-0046 Kod 90500016 olan Dövlət Aktının AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1, Azərbaycan Respublikası AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2, Azərbaycan Respublikası AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 və Zərdab rayon İHB-nin Bəyimli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-1 955219 №-li ölüm haqqında şəhadətnamədə göstərilən X16 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-487/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-487/2023
15.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver