Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-506/2023 21.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması və müalicə xərci tələbi) X9 sədrliyi x qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 2(035)-172/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin, qızı Simanın müalicə və müayinəsi üçün 250 manatın, ilkin mediasiya xərci üçün ödədiyi 50 manat və 32 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından bir uşaqları-xx.xx.2020-ci il təvəllüdlü X8 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-172/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X5 özünün himayəsində saxlanılması, Simanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 120 manat aliment tutulması qət edilmişdir. Xəstə uşaqla dolanışıqda əziyyət çəkir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın saxlanılması və normal inkişafı üçün kifayət etmir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı cavabdehlə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından bir uşaqları-xx.xx.2020-ci il təvəllüdlü X8 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-172/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin aralarında olan nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X5 iddiaçının (ananın) himayəsində saxlanılması, Simanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 120 manat aliment tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın ehtiyaclarını tam ödəmir. Həmçinin Sima xroniki sistit xəstəliyi və sudurqadan əziyyət çəkir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etmiş, lakin, tərəflər arasında razılıq əldə olunmadığından mediator mediasiya prosesini davam etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından bir uşaqları-xx.xx.2020-ci il təvəllüdlü X8 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-172/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə aralarında olan nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X5 iddiaçının (ananın) himayəsində saxlanılması, Simanın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 120 manat aliment tutulması qət edilmişdir. Özü Bakı şəhərində kirayə evdə yaşayır. Çətinliklədə olsa uşağa görə 120 manat aliment pulunu vaxtlı vaxtında ödəyir. Uşaq xəstədirsə, uşağı həkim müayinəsindən keçirməyə və müalicəsini etdirməyə etirazı yoxdur. Lakin iddianı qəbul etmir, məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-172/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında Zərdab rayon Qeydiyyat Şöbəsində xx.xx.2019-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 110 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2020-ci il təvəllüdlü X5 X3 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (yüz iyirimi) manat aliment tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2-Qərb klinikasında, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və X15-də həkim müayinələrindən keçmişdir. İşdə olan uşağın ambulator kitabçasından görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 MRX poliklinika şöbəsində xroniki sistit diaqnozu ilə qeydiyyatdadır. İşdə olan mediator X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № MŞŞ/1/MT018/2023- 01086 nömrəli “Mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, tərəflər mediasiya prosesində iştirak etmiş, lakin tərəflər qarşılıqlı razılığa gəlmədiklərindən, mediator tərəfindən mübahisənin həlli mümkünsüz hesab edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından bir uşaqları –xx.xx.2020-ci il təvəllüdlü X8 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-172/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin aralarında olan nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X5 iddiaçının (ananın) himayəsində saxlanılması, Simanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 120 manat aliment tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın ehtiyaclarını tam ödəmir. Həmçinin Sima xroniki sistit xəstəliyi və sudurqadan əziyyət çəkir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etmiş, lakin, tərəflər arasında razılıq əldə olunmadığından mediator mediasiya prosesini davam etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı hər bir halda mənafeyi naminə iddia qaldırılan uşağın – xx.xx.2020-ci il təvəllüdlü X5 mənafeyi üstün tutulmalı, onun hüquq və mənafeyinin təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə məsələnin həlli zamanı nəzərə alır ki, cavabdehdən alimentin tutulması barədə Zərdab Rayon Məhkəməsinin 2(035)-172/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 02 il, 07 ay müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. İddiaçı bir valideyin kimi təkbaşına olaraq xx.xx.2020-ci il təvəllüdlü X5 vaxtaşırı həkim müayinəsindən keçirməyə məcbur olur və həkim müayinəsindən keçirir, onun müalicəsini etdirir, habelə onun təlim-tərbiyyəsi ilə məşğul olmaqla onun sağlam böyüməsi və inkişafı üçün gündəlik təlabatlarını təmin edir. Bu məqsədlə cavabdehdən uşağın saxlanmasına görə tutulan ödəmələrin miqdarı dəyişdirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdə bir valideyin (ata) kimi xx.xx.2020-ci il təvəllüdlü X5 müayinə və müalicəsində də iştirak etməlidir. Lakin, iddiaçı cavabdehdən uşağın saxlanılmasına görə hər ay 220 manat alimentin və hər ay 250 manat müalicə xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, cavabdehin geniş maddi imkana malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-172/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X8 xroniki sistit diaqnozlu xəstəlikdən əziyyət çəkir. Ona görə də cavabdehdən uşaq sağalana qədər hər ay sabit pul formasında müalicə xərci tutularaq iddiaçıya verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinin tələblərinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarından görünür ki, iddiaçı məsələ ilə bağlı Mediasiya Şurasının hesabına mediasiya xərcləri üzrə 50 manat və hazırkı iddia üzrə müalicə xərci tələbinə dair hissədə 32 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatadək olduqda dövlət nəfinə 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, hazırkı iddia həm də alimentlə (alimentin artırılması ilə) bağlı olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən ilkin iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, eləcə də cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 150 manat (hazırda tutulan məbləğ) - 120 manat (əvvəl tutulan məbləğ) = 30 manat; 30 manat x 12 ay = 360 manat təşkil etdiyindən həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci və hazırkı iddia üzrə müalicə xərci tələbinə dair hissədə 32 manat məbləğində xərc çəkdiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Qət Etdi: İddia qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-172/20 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. xx.xx.2020-ci il təvəllüdlü X5 müalicəsi üçün Cavabdeh hər ay 30 (otuz) manat pul tutularaq İddiaçı verilsin. İlkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və iddia ərizəsinə (müalicə xərci tələbinə dair hissədə) məhkəmədə baxılması üçün ödənilmiş 32 manat dövlət rüsumu, cəmi 82 manat məbləğində çəkilmiş xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinə alimentlə (alimentin artırılması ilə) bağlı hissədə məhkəmədə baxılması üçün ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-506/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-506/2023
21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver