Məhkəmə qərarları › İş №2(035)-570/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-570/2025

28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-570/2025 28.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi “sənədin həmin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi) X13 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Ərizəçi nümayəndəsi X6 iştirakı ilə Ərizəçi “sənədin həmin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışının ona, yəni AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il təvəllüdlü olmaqla Zərdab rayonunun İsaqbağı kəndində doğulmuş, ona məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində adı Əsmayə, soyadı Eminova kimi yazılmışdır. O, 1975-1991-ci illərdə Zərdab rayonu İsaqbağı kəndində sabiq M.Qorki adına kolxozun üzvü olmuşdur. Həmin illər üzrə kolxozların əmək haqqı kitablarında adı Əsmayə əvəzinə səhvən Əsnayə kimi, həmçinin 1976, 1977, 1979, 1982- 1986-cı illərdə soyadı Eminova əvəzinə Əhmədova, 1981-ci ildə isə Əhmədova, Eminova kimi yazılmışdır. Hazırda təqaüdə çıxmalıdır və Zərdab rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 25 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışında adında və soyadında uyğunsuzluq olduğundan müəyyən çətinlik yarana bilər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X14 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü olmaqla Zərdab rayonunun İsaqbağı kəndində doğulmuş, ərizəçiyə məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində adı Əsmayə, soyadı Eminova kimi yazılmışdır. Ərizəçi 1975-1991-ci illərdə Zərdab rayonu İsaqbağı kəndində sabiq M.Qorki adına kolxozun üzvü olmuşdur. Həmin illər üzrə kolxozların əmək haqqı kitablarında ərizəçinin adı Əsmayə əvəzinə səhvən Əsnayə kimi, həmçinin 1976, 1977, 1979, 1982- 1986-cı illərdə soyadı Eminova əvəzinə Əhmədova, 1981-ci ildə isə Əhmədova, Eminova kimi yazılmışdır. Ərizəçinin mərhum anasının da adı Əsmayə olmuş, öz adını ərizəçinin anası ərizəçiyə vermişdir. Ərizəçinin ailəsində iki soyad həm Eminov, həmdə Əhmədov soyadları olmuşdur. Əhmədov soyadı ərizəçinin ata babasının soyadı olmuşdur. Bu səbəbdən də kolxoz dövründə briqadirlər hazırki səhvə yol vermişlər. Hazırda ərizəçi təqaüdə çıxmalıdır, Zərdab rayon Dövlət Arxivi tərəfindən ərizəçiyə verilmiş 25 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışında ərizəçinin adında və soyadında uyğunsuzluq olduğundan müəyyən çətinlik yaranır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndlidirlər. Ərizəçi Zərdab rayonu İsaqbağı kəndində sabiq M.Qorki adına kolxozun üzvü olmuşdur. Həqiqətən də ərizəçinin adı Əsmayə, soyadı isə Eminovadır. X3 adında başqa qadın tanımır. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli olmaqla, uzaq qohumdurlar. Ərizəçinin adı Əsmayə, soyadı Eminovadır. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışından görünür ki, X4 rayonunun sabiq M.Qorki adına kolxozun üzvü olmuşdur. Həmin illər üzrə kolxozların əmək haqqı kitablarında ərizəçinin adı Əsmayə əvəzinə səhvən Əsnayə kimi, həmçinin 1976, 1977, 1979, 1982-1986-cı illərdə soyadı Eminova əvəzinə Əhmədova, 1981-ci ildə isə Əhmədova, Eminova kimi yazılmışdır. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü olmaqla Zərdab rayonunun İsaqbağı kəndində anadan olmuşdur. Atası qrafasında atası kimi X15, anası qrafasında anası kimi X2 yazılmışdır. İşdə olan Zərdab rayon İHB-nin İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28.07..2025-ci il tarixdə verilmiş 64 saylı arayışdan görünür ki, Zərdab rayonu İsaqbağı kənd sakini Eminova X1 yaşayır və Zərdab rayonunun İsaqbağı kəndində ayrı Ərizəçi adlı şəxs yaşamır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin soyadı, adı, atasının adı Ərizəçi kimi yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi 1975-1991-ci illərdə Zərdab rayonu İsaqbağı kəndində sabiq M.Qorki adına kolxozun üzvü olmuşdur. Həmin illər üzrə kolxozların əmək haqqı kitablarında ərizəçinin adı Əsmayə əvəzinə səhvən Əsnayə kimi, həmçinin 1976, 1977, 1979, 1982-1986-cı illərdə soyadı Eminova əvəzinə Əhmədova, 1981-ci ildə isə Əhmədova, Eminova kimi yazılmışdır. Ərizəçinin mərhum anasının da adı Əsmayə olmuş, öz adını ərizəçinin anası ərizəçiyə vermişdir. Ərizəçinin nəsillərində iki soyad həm Eminov, həm də Əhmədov soyadları olmuşdur. Əhmədov soyadı ərizəçinin ata babasının soyadı olmuşdur. Nəticədə ərizəçiyə Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışı ilə ona məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi arasında uyğunsuzluq yaranmışdır. Qeyd olunan uyğunsuzluğa görə Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışında ərizəçinin soyadında uyğunsuzluq olduğundan təqaüdə çıxmasında müəyyən çətinlik yaranır. Məhkəmə hesab edir ki, Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışının AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müyyən olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 saylı, xx.xx.2025-ci il tarixli Arxiv arayışının AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar