Məhkəmə qərarları › İş №2(035)-587/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-587/2025

01.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-587/2025 01.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi) X11 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi Maraqlı şəxs Zərdab rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyanın üzvi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1952-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1952-ci il təvəllüdlü anası X6 artıq neçə vaxtdır ki, beynin xroniki işemik ocaqlarından, serebral və serebeliar beyin atrofiyasından əziyyət çəkir. Anasını əsas narahat edən xəstəliyi beynin işemik ocaqları və onun yaratdığı müxtəlif çoxsaylı fəsadlardır. Bütün bunlarla əlaqədar olaraq anam müntəzəm müalicələr almışdır və bu müalicələr ömürlük davam edir. Onu son illər vəziyyəti pisləşdikcə Bakı şəhərindəki klinikalara aparıb-gətirmişdir. Üzvi mənşəli şəxsiyyət dəyişkənliyi tez-tez baş verən tutmalarının nəticəsi kimi vəziyyəti pisləşdikcə onu nervoloji klinikalara aparmışdır. Hazırda ağır formada nervoloji müalicələr aldığından şəxsiyyət dəyişkənliyi tez-tez özünü biruzə verir. Anasında beynin qan təchizatı pozulmuş və beyin toxumasında işemik ocaqlar yaranmışdır. Beyin zonalarının iş fəaliyyəti pozulmuş, serebral və serebeliar beyin atrofiyası əmələ gəlmişdir. Anası çox vaxt özünü və nə edəcəyini unudur. Özü-özünü idarə edə bilmir., nə danışdığını, nə hiss elədiyini belə bilmir. Anası tamamilə onun idarəçiliyi ilə yaşayır. Uzun müddət psixi qüsurlarına görə qəbul etdiyi psixotrop preperatlar onun öz hərəkətlərinin mənasını anlaya bilməməsinə gətirib çıxarmışdır...X1 özünün yaxşılığı üçün, öz mənafeyi üçün, yəni gələcəkdə çox böyük səhvlər etməməsi üçün o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və ona qəyyum təyin edilməlidir. ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.1952-ci il təvəllüdlü X6 onun doğma anasıdır və hal hazırda onun himayəsində yaşayır. X2 da yaşlıdır, ona görə anasına özü baxır, qulluq edir. X17 beynin xroniki işemik ocaqlarından, serebral və serebeliar beyin atrofiyasından əziyyət çəkir. X17 psixi xəstə olmaqla hərəkətlərini ölçüb-biçmək, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik deyildir. İş üzrə təyin edilmiş Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə də X17nın fəaliyyət qabiliyyəti olmayan şəxs olduğu müəyyən edilmişdir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün Rəna Zeynalova fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, ona qəyyum təyin oluna bilsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərdab rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyanın üzvi X7 xx.xx.1952-ci təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Dəliquşçu kənd Soveti tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, doğum haqqında şəhadətnamənin sahibi X8 atası qrafasında atası kimi X10, anası qrafasında anası kimi X6 yazılmışdır. İşdə olan X18 tərəfindən verilmiş MRT-dən və digər Tibb Mərkəzlərinin sənədlərindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Rəna Zeynalova beynin xroniki işemik ocaqlarından, serebral və serebeliar beyin atrofiyasından əziyyət çəkir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2584 saylı rəyindən görünür ki, X4 Vaskulyar demensiya müəyyən edilir. X4 aşkar edilən “Vaskulyar demensiya” ilə əlaqədar o, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X4 müəyyən edilən Vaskulyar demensiya ilə əlaqədar o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 müəyyən edilən Vaskulyar demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İşdə olan X9 tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə göndərilən teleqramdan görünür ki, o, həyat yoldaşı X3 oğlu Ərizəçi qəyyumluğuna verilməsinə etiraz etmədiyini bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, xx.xx.1952-ci il təvəllüdlü X6 ərizəçinin doğma oğludur. X6 beynin xroniki işemik ocaqlarından, serebral və serebeliar beyin atrofiyasından əziyyət çəkir. O, xəstəliyi nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən aşkar edilmiş xəstəlik X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır. Onun qeyd olunan xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk edə və onları şüurlu şəkildə idarə edə bilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də, ərizə təmin edilməli və xx.xx.1952-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar