Məhkəmə qərarları › İş №2(035)-646/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-646/2024

02.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-646/2024 02.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun silinməsi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 02 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 518.40 manat pulun onun hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Zərdab rayon Qoruqbağı kəndində yaşayır. Azərbaycan Respublikası Cavabdeh tərəfindən 2024-cü ilin mart ayında Zərdab rayonu Qoruqbağı kəndində yerləşən fərdi yaşayış evlərinin işıq sayğacı kütləvi əvəzləmə səbəbindən dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Lakin, sonradan bilinməyən səbəblərdən Cavabdeh tərəfindən iddiaçıya borc bildirişi göndərilmişdir. Səbəb kimi isə qeyd etmişdilər ki, iddiaçı işıq sayğacına müdaxilələr edərək elektrik enerjisindən 518.40 manatlıq istifadə etmişdir. O, sayğaca müdaxilə etmiş olsaydı, bunu sayğaca hər ay baxış keçirən Azəriqaz İdarəsinin əməkdaşı aşkar etmiş olardı. Lakin, belə bir hal aşkar olunmamış, bu barədə hər hansı bir Akt tərtib edilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş bildirişə əsasən sayğaca guya müdaxilə səbəbi ilə dəymiş ziyana görə ondan 518.40 manat pulun ödənilməsi tələb edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə etiraz ərizəsi göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin 185,6-ci maddəsinə əsasən səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onun yaşadığı Zərdab rayonunun Qoruqbağı kəndində yerləşən evinə gedən elekrtik xəttinin üzərində elektrik sayğacı quraşdırılmışdır. Azəriqaz” İB-nin Tərtər RQİİ-nin Zərdab XS-nin əməkdaşları tərəfindən hər ay sayğaca baxış keçirilmiş və sayğacın göstəriciləri çıxarılaraq ödəniş edilməsi üçün ona təqdim olunmuşdur. O, elektrik enerjisində istifadə haqlarını həmişə sayğacın göstəricilərinə uyğun olaraq vaxtı-vaxtında ödəmişdir. Bununla bağlı Cavabdeh əməkdaşları heç vaxt ona hər hansı bir pretenziya bildirməmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, kütləvi əvəşləşmə səbəbi ilə əlkaqədar həmin ərəfədə bütün kənd sakinlərinin elektrik sayğacları dəyişdirilmiş və bunun plan üzrə olduğu bildirilmişdir. O cümlədən xx.xx.2024-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən 0400№-li protokol yazılmaqla ona məxsus elektrik sayğacı götürülərək yenisi ilə əvəz edilmişdir. Həmin vaxt ona sayğaca hər hansı bir müdaxilənin olması barədə heç nə deyilməmişdir. Əksinə rəhbərliyin göstərişinə əsasən plan üzrə sayğacları dəyişdirdiklərini demişlər. Lakin, üstündən bir neçə müddət keçdikdən sonra cavabdeh tərəfindən bildiriş göndərilərək ondan ümumilikdə 518.40 manat məbləğində pulun ödənilməsi tələb olunmuşdur. Səbəbini soruşduqda Cavabdeh əməkdaşları onun guya sayğaca müdaxilə etdiyini bildirmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olmamışdır. xx.xx.2024 -cü il tarixli, 0400 №-li protokola əsasən ona məxsus sayğac götürülərkən, bu barədə protokolda heç bir qeyd yazılmamış və onun tərəfindən imzalanmamışdır. Ona görə ki, sayğac götürülərkən plombu yerində olmuşdur. Əgər sayğaca hər hansı bir kənar müdaxilə olmuş olsaydı plombu qırılmış olardı və bu hal Cavabdeh əməkdaşları tərəfindən yerindəcə aktlaşdırılardı. Sayğacın labarator yoxlanışı onun iştirakı olmadan, birtərəfli qaydada aparıldığı üçün mötəbər hesab edilə bilməz. O, hesab edir ki, onun adına hesablanmış 518.40 manat pulun qanunsuz hesablandığı üçün məhkəmə qaydasında ləğv edilməlidir. Ona görə də, o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2024 -cü il tarixli, 0400 №-li protokoldan görünür ki, İddiaçı yaşadığı Zərdab rayonunun Qoruqbağı kəndində yerləşən evinə gedən elekrtik xəttinin üzərində quraşdırılmış elektrik sayğacı Cavabdeh ASC-nin rəhbərliyinin göstərişinə əsasən götürülərək, yenisi ilə əvəz edilmişdir. Həmin aktda sayğacın labarator yoxlamadan keçirilməsi üçün götürüldüyü qeyd edilmişdir. İşdə olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğaca keçirilən baxış zaman məlum olmuşdur ki, elektirik sayğacın hesalama mexanizminin qoruyucu şüşəsi fiziki təsir nəticəsində deşildiyi bildirilmişdir. İşdə olan Cavabdeh Tərtər X3 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən qaz sayğacının nominal qaz sərfinin 4 kub/m/saat, orta günlük iş rejimi -12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, cəmi 4 x 12x90 =4320 kub/metr göstərilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, abonent- İddiaçı akta əsasən 518.40 manat qalıq pul hesablanmışdır. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş (xx.xx.2016-cı il tarixli, 180 saylı Qərarla dəyişikliklər təsdiq edilmiş) “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.6-cı bəndinə əsasən sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 518.40 manat borcun iddiaçının hesabından silinməsi üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda ona sərfiyyata görə əlavə pulun hesablanması yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, hazırkı iddia istehlakçı hüquqlarının pozulması ilə bağlı iddia verildiyindən və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu, habelə iddiaçının silinməsini tələb etdiyi məbləğ 1000 manatdan az olduğu üçün həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalı, itirilmiş qaz sərfiyyatına görə ( xx.xx.2024 -cü il tarixli, ******* nömrəli akta əsasən) hesablanmış 518.40 manat məbləğində pul iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə (xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən) hesablanmış 518.40 manat məbləğində pul İddiaçı hesabından silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar