Məhkəmə qərarları › İş №2(035)-656/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-656/2023

30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-656/2023 30.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “sənədin həmin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi) X5 sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Ərizəçinin iştirakı ilə, Ərizəçi maraqlı şəxsə qarşı “sənədin həmin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 207 saylı arayışda qeyd edilən Zərdab rayon İcra Hakimiyyəti Aparatının ictimai mənzillərin özəlləşdirilməsi və qiymətləndirilməsi komissiyasının 23 noyabr 1995-ci il tarixli iclasının qərarının təsdiq edilməsi barədə Zərdab rayon İcra Hakimiyyəti Başçısının sərəncamından Çıxarıın AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, evi ilə əlaqədar sənədləşmə işlərinin aparılması üçün Zərdab rayon Dövlət Arxivinə müraciət etmiş, ona verilən Çıxarışda və ona məxsus AZE seriyalı 0******* nömrəli Azərbaycan Republikası Vətəndaşının şəxsiyyət vəsiqəsində uyğunsuzluğun olması müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Republikası Vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində soyadı, adı atasının adı Ərizəçi, Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci l tarixdə verilmiş 207 nömrəli X1 kimi qeyd edilmişdir. Həmin uyğunsuzluğa görə evi ilə bağlı sənədləşmə işlərinin aparılması mümkün olmamış, ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, yaşadığı Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən 9 saylı ev, 2 saylı mənzillə əlaqədar sənədləşmə işləri aparılması, yəni çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, orada müəyyən olunmuşdur ki, ona Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 207 saylı arayışda qeyd edilən Zərdab rayon İcra Hakimiyyəti Aparatının ictimai mənzillərin özəlləşdirilməsi və qiymətləndirilməsi komissiyasının 23 noyabr 1995-ci il tarixli iclasının qərarının təsdiq edilməsi barədə Zərdab rayon İcra Hakimiyyəti Başçısının sərəncamından Çıxarışda soyadı, adı, atasının adı X2 yazılmışdır. Əslində adı Ramədir. Ona məxsus AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsində düzgün olaraq soyadı, adı, atasının adı Ərizəçi kimi yazılmışdır. Qeyd edilən uyğunsuzluq mənzilə dair sənədləşmənin aparılmasında, nəticə etibarı ilə həmin mənzil üzərində sərəncam hüququnun həyata keçirilməsində müəyyən çətinlik yaradır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 207 saylı arayışda qeyd edilən Zərdab rayon İcra Hakimiyyəti Aparatının ictimai mənzillərin özəlləşdirilməsi və qiymətləndirilməsi komissiyasının 23 noyabr 1995-ci il tarixli iclasının qərarının təsdiq edilməsi barədə Zərdab rayon İcra Hakimiyyəti Başçısının sərəncamından Çıxarışdan görünür ki, Zərdab Rayon İcra Hakimiyyəti Aparatının ictimai mənzillərin özəlləşdirilməsi və qiymətləndirilməsi komissiyasının 23 noyabr 1995-ci il tarixli iclasının qərarının təsdiq edilməsi, Zərdab şəhər sakini X3 yaşadığı Azərbaycan küçəsində 1968-ci ildə mişar daşından tikilmiş, 3 mənzilli 9 №-li dövlət mənzil fondunda olan binanın 1-ci mərtəbə, İİ giriş, yaşayış sahəsi 19,24 kv.metr, ümumi sahəsi 19,24 kv.metr, invertar qiyməti 2800 manat olan, 1 otaqlı 2 nömrəli mənzil, mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən pulsuz olaraq onun şəxsi mülkiyyətinə verilməsi-bağışlanılması qərara alınmışdır. İşdə olan Zərdab rayon Çallı kənd soveti tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibinin adı Ramə kimi göstərilmişdir. İşdə olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin soyadı, adı, atasının adı Ərizəçi kimi yazılmışdır. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti Zərdab şəhər Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 233 saylı arayışdan görünür ki, Zərdab şəhəri 21 saylı Qəsəbədəki 9 saylı yaşayış evinin 2-ci mənzili Ərizəçi məxsusdur və o, həmin ünvanda qeydiyyatdadır. Lakin Zərdab rayon İcra Hakimiyyəti apratının ictimai mənzillərin özəlləşdirilməsi və qiymətləndirilməsi komissiyasının 23 noyabr 1995-ci il tarixli iclasının qərarında isə texniki səhv olaraq X2 qeyd olunmuşdur. Zərdab şəhəri 21 saylı Qəsəbədəki 9 saylı yaşayış evinin 2-ci mənzilində X4 adlı kirayəşin qeydiyyata alınmamış və yaşamamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçi yaşadığı Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən 9 saylı ev, 2 saylı mənzillə əlaqədar sənədləşmə işləri aparılması, yəni çıxarışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, orada müəyyən olunmuşdur ki, ona Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 207 saylı arayışda qeyd edilən Zərdab rayon İcra Hakimiyyəti Aparatının ictimai mənzillərin özəlləşdirilməsi və qiymətləndirilməsi komissiyasının 23 noyabr 1995-ci il tarixli iclasının qərarının təsdiq edilməsi barədə Zərdab rayon İcra Hakimiyyəti Başçısının sərəncamından Çıxarışda soyadı, adı, atasının adı X2 yazılmışdır. Əslində ərizıçinin adı Ramədir. Ərizəçiyə məxsus AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsində ərizəçinin düzgün olaraq soyadı, adı, atasının adı Ərizəçi kimi yazılmışdır. Nəticədə ərizəçiyə məxsus hüquq müəyyənedici sənədlərlə -Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 207 saylı arayışda qeyd edilən Zərdab rayon İcra Hakimiyyəti Aparatının ictimai mənzillərin özəlləşdirilməsi və qiymətləndirilməsi komissiyasının 23 noyabr 1995-ci il tarixli iclasının qərarının təsdiq edilməsi barədə Zərdab rayon İcra Hakimiyyəti Başçısının sərəncamından Çıxarış ilə ona məxsus AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi arasında uyğunsuzluq yaranmışdır. Qeyd olunan uyğunsuzluğa görə ərizəçiyə məxsus mənzillə əlaqədar yenidən sənədləşmə işlərinin aparılması, nəticə etibarı ilə həmin mənzil üzərində onun sərəncam hüququnun həyata keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə hesab edir ki, əslində işin yuxarıda müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarındakı hüquqi mövqeyi ilə tam uzlaşır və sənəddəki uyğunsuzluğun aradan qaldırıla bilməsi üçün Ali Məhkəmənin adı çəkilən qərarında müəyyən etdiyi zəruri şərtlərin hamısı hazırkı halda mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 207 saylı arayışda qeyd edilən Zərdab rayon İcra Hakimiyyəti Aparatının ictimai mənzillərin özəlləşdirilməsi və qiymətləndirilməsi komissiyasının 23 noyabr 1995-ci il tarixli iclasının qərarının təsdiq edilməsi barədə Zərdab rayon İcra Hakimiyyəti Başçısının sərəncamından Çıxarışın Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müyyən olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 207 saylı arayışda qeyd edilən Zərdab rayon İcra Hakimiyyəti Aparatının ictimai mənzillərin özəlləşdirilməsi və qiymətləndirilməsi komissiyasının 23 noyabr 1995-ci il tarixli iclasının qərarının təsdiq edilməsi barədə Zərdab rayon İcra Hakimiyyəti Başçısının sərəncamından Çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar