Məhkəmə qərarları › İş №2(035)-670/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-670/2024

15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-670/2024 15.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması və müalicə xərci tələbi) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Təşklat oğluna qarşı “alimentin artırılması və müalicə xərci tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2020 saylı, xx.xx.2020-ci il tarixli, qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan 125 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay Təşkilatın yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat sabit pul məbləğində aliment və Təşkilatın müalicəsi üçün hər ay 100 manat pulun, mediasiya xərcinə görə ödədiyi 50 manat, müalicə xərcinə görə məhkəməyə müraciət etməsi üçün ödədiyi 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdeh onu uşaqla birlikdə tərk edib evdən getdiyindən və özü heç bir yerdə işləmədiyindən, maddi cəhətdən əziyyət çəkdiyinə görə Zərdab Rayon Məhkəməsinə aliment tələbi ilə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən oğlu Təşkilatın saxlanılması üçün hər ay 125 manat aliment tutulması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Oğlu Təşkilat əqli qüsurludur, ona görə də özü işləyə bilmir. Cavabdehin ödədiyi 125 manat uşağın ehtiyaclarını və müalicə xərclərini ödəmir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin çıxarılmasından artıq 4 il 11 ay vaxt keçmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Çox əziyyət çəkir, cavabdeh isə könüllü olaraq uşağına 125 manat aliment pulundan başqa yardım etmir. Məsələ ilə əlaqədar mediasiyaya müraciət etsə də mediasiya sessiyasında cavabdehlə razılığa gəlməmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X2 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən oğlu Təşkilatın saxlanılması üçün hər ay 125 manat aliment tutulması qət edilmişdir. Oğlu Təşkilat əqli qüsurludur, ona görə də özü heç bir yerdə işləyə bilmir. Cavabdehin ödədiyi 125 manat uşağın ehtiyaclarını və müalicə xərclərini ödəmir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin çıxarılmasından artıq 4 il 11 ay vaxt keçmişdir.Təşkilatı mütamadi olaraq həkim müayinəsindən keçirir, həmçinin müalicə etdirir. Cavabdehin uşağına verdiyi 125 manat aliment uşağın tələbatını tam ödəmir. Cavabdeh uşağının ehtiyaclarının tam ödənilməsi və müalicəsi üçün maddi köməkliyini etmir. Məsələ ilə əlaqədar mediasiyaya müraciət etsə də mediasiya sessiyasında cavabdehlə razılığa gəlməmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, oğlu Təşkilatın saxlanılması üçün ondan tutulması qət edilən alimenti çox çətinliklə ödəyir. X8 Sistemlərinin istismarı idarəsində fəhlə işləmiş, hazırda işi ixtisara düşmüşdür, həmçinin kredit borcu da olduğundan iddiaçının tələb etdiyi aliment və müalicə pulunu ödəməyə imkanı yoxdur. Uşağının xəstə olduğunu bilir və uşağına maddi köməklik etməkdən boyun qaçırmır, lakin özünün də maddi vəziyyəti yaxşı deyil. Ona görə də iddiaçıya cəmi 150 manat məbləğində aliment ödəməyə etiraz etmir. İddianın qalan hissədə təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Yarməmmədbağı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X2 doğulmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 125 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-631/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Əlibaba qızı arasında Zərdab rayonu Qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 200 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 İddiaçı Əlibaba qızının himayəsində saxlanılması qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X2 yüngül dərəcəli əqli gərginlik diaqnozuna görə İİİ dərəcəli əlildir və mütamadi olaraq həkim müayənəsindən keçərək müalicə alır. İş materiallarında olan mediator X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № MŞŞ/1/01185 nömrəli “mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı ilkin olaraq alimentin artırılması və müalicə xərci tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, mediasiya sessiyasında tərəflər qarşılıqlı razılaşmaya gəlmədiklərindən mediator tərəfindən mübahisənin həllinin mümkünsüzlüyü müəyyən edilmişdir. 50 (əlli) manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan qəbzdən görünür ki, Zərdab Rayon Məhkəməsinə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 32 manat məbləğində rüsum ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Aqentliyi 6 saylı DOST Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş electron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan X8 Sistemlərinin istismarı idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10 saylı arayışdan görünür ki, Cavabdeh X8 Sistemlərinin İstismari İdarəsində maşinist işləməklə əmək haqqı 389 manatdır. Məcburi və icbari tutulmalar hesablandıqdan sonra 125 manat aliment tutulur, ələ çatan əmək haqqı 226.40 manat olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş tərəflərin birgə nikahlarından bir uşaqları xx.xx.2007-ci il təvəllüdlü X2 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 125 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin Məhkəmənin 2(035)-631/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı Əlibaba qızı arasında Zərdab rayonu Qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 200 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 İddiaçı Əlibaba qızının himayəsində saxlanılması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın ehtiyaclarını tam ödəmir. Həmçinin xx.xx.2007-ci il təvəllüdlü X2 yüngül dərəcəli əqli gərginlik diaqnozuna görə İİİ dərəcəli əlildir və mütamadi olaraq həkim müayinəsindən keçərək müalicə alır. İddiaçı bir valideyin kimi təkbaşına uşağı vaxtaşırı həkim müayinəsindən keçirməyə məcbur olur, habelə onun müalicəsini etdirir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, mediasiya sessiyasında tərəflər qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatına, işin yuxarıda müəyyən olunan hallarına və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması barədə Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən artıq 4 il, 11 ay müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Həmin məbləğ Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Ona görə də məhkəmə hesab edir ki, uşağa görə cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(036)-598/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə araşdırması zamanı həmçinin tərəflərin izahatından, məhkəmə iclasında tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2007-ci il təvəllüdlü X2 yüngül dərəcəli əqli gərginlik diaqnozuna görə İİİ dərəcəli əlildir və mütamadi olaraq həkim müayənəsindən keçərək müalicə alır. İddiaçı bir valideyin kimi təkbaşına uşağı vaxtaşırı həkim müayinəsindən keçirməyə məcbur olur, habelə onun müalicəsini etdirir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh də bir valideyin kimi uşağın müayinə və müalicəsində iştirak etməlidir. Bu məqsədlə ondan hər ay sabit pul formasında müalicə xərci tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin geniş maddi imkana malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh iddianı alimentin artırılmasına dair hissədə qismən qəbul edərək uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment ödəməyə razı olduğunu bildirib, iddianın müalicə xərcinin artırılmasına dair hissədə isə rədd edilməsini xahiş etsə də, həmin hissədə iddianın rədd edilməsinə əsas verə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həm alimentin artırılması, həm də müalicə xərci tələbinə dair hissədə işin yuxarıda müəyyən olunmuş hallarına və Azərbaycan Respublikası MPM-nin 233.4-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə uyğun olaraq qismən təmin edilməlidir. Uşağa görə cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2018 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin, habelə müalicə xərcinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatadək olduqda dövlət nəfinə 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, hazırkı iddia həm də alimentlə (alimentin artırılması ilə) bağlı olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən ilkin iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, eləcə də cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 180 manat (hazırda tutulan məbləğ) - 125 manat (əvvəl tutulan məbləğ) = 55 manat; 55 manat x 12 ay = 660 manat təşkil etdiyindən həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Qət Etdi: İddia qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-598/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2007ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı verilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 müalicəsi üçün Cavabdeh hər ay 40 (qırx) manat pul tutularaq İddiaçı verilsin. Dəyişdirilən miqdarda alimentin və müalicə xərcinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və iddia ərizəsinə məhkəmədə baxılması üçün (müalicə xərcinə görə) ödənilmiş 32 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinə alimentlə (alimentin artırılması ilə) bağlı hissədə məhkəmədə baxılması üçün ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar