Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-671/2024 16.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Ağcabədi Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Ağcabədi Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Ağcabədi Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək BP 393809 nömrəli texniki pasportda göstərilən 1982-ci il buraxılışlı, QAZ-53 B markalı, şassi nömrəsi 0707811, mühərrik nömrəsi 187362, dövlət nömrə nişanlı 25-12 AJK olan avtomobilin öz adına rəsmiləşdirilməsi üçün xx.xx.1998-ci il tarixdə tərtib edilmiş aktın ona, yəni xx.xx.1958-ci il tarixdə Zərdab rayonunun Məlikli kəndində anadan olmuş və Zərdab rayonunun Məlikli kəndində yaşayan Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1982-ci il buraxılışlı, QAZ-53 B markal, şassi nömrəsi 0707811, mühərrik nömrəsi 187362, dövlət nömrə nişanlı 25-12 AJK olan avtomobil Zərdab rayonu “Engels” adına kolxozun balansında olmuş, 1998-ci ildə kolxoz islahatı gedən zaman həmin avtomobil əmlak payı kimi ona verilmiş və bu barədə xx.xx.1998-ci il tarixli akt tərtib olunmuş, avtomobilin texniki pasportu və digər sənədləri ona təqdim olunmuş,həmin vaxtdan avtomobil onun istifadəsindədir. Avtomobili öz adına rəsmiləşdirmək üçün sənədləri Ağcabədi rayon 6 saylı rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə təqdim etsə də, avtomobilin əmlak payı kimi ona təhvil verilməsi barədə aktda aktın tərtib edilmə günü, avtomobilin dövlət nömrə nişanı, şassi nömrəsi, mühərrik nömrəsi qeyd olunmadığından avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Həmin avtomobilin əmlak payı kimi onun mülkiyyətinə verildiyini təsdiq edən xx.xx.1998-ci il tarixli aktı dəyişdirmək, aqrar islahat komissiyaları artıq mövcud olmadığı üçün həmin aktda düzəlişlər etmək mümkün deyil. Qeyd edilən hüquqi faktın müəyyən olunması ona həmin avtomobilin qeydiyyat imtahan və texniki baxış şöbəsində qeydə alınaraq texniki pasport verilməsi, yəni həmin avtomobil üzərində onun mülkiyyət hüququnun tanınması üçün lazımdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Ağcabədi Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Ağcabədi RQİ və TBŞ-nin rəisi Fərid Mayılov məhkəməyə xx.xx.2024-cü il tarixdə 3-13-16- 1/2-430/2024 nömrəli məktub göndərərək müzakirənin onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, 1982ci il buraxılışlı, QAZ-53 B markal, şassi nömrəsi 0707811, mühərrik nömrəsi 187362, dövlət nömrə nişanlı 25-12 AJK olan avtomobil Zərdab rayonu “Engels” adına kolxozun balansında olmuş, 1998-ci ildə kolxoz islahatı gedən zaman həmin avtomobil əmlak payı kimi ona verilmiş və bu barədə xx.xx.1998-ci il tarixli akt tərtib olunmuş, avtomobilin texniki pasportu və digər sənədləri ona təqdim olunmuş, həmin vaxtdan avtomobil onun istifadəsindədir. Hazırda həmin avtomobili öz adına rəsmiləşdirmək istəyir. Bununla əlaqədar olaraq müəyyən sənədləri Ağcabədi rayon 6 saylı rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə təqdim etsə də, avtomobili öz adına rəsmiləşdirə bilməmiş, 1998-ci ildə kolxoz islahatı gedən zaman sözügedən avtomobilin əmlak payı kimi ona verilməsi barədə Zərdab rayonunun Məlikli kəndində xx.xx.1998-ci il tarixdə tərtib edilmiş aktın ona məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması bildirilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 13.03 1998-ci il tarixdə Zərdab rayonu “Məlikli” kolxozu YAİKdə kolxoz YAİK-nin sədri Z.Muradov, müavini C.Hüseynov, üzvləri B.Kərimov, B.Manafov, M.İsmayılov, F.Ymudov, K.Həsənov, V.Həsənova, A.Kərimov, V.Bəşirov, K.Şükürov və kolxozun sürücüsü əmlak payçısı Ərizəçi iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, avtomaşın QAZ 53 B SAZ-3307 V-25-12 AJK Ərizəçi əmlak payı kimi verilmişdir. İşdə olan Texniki pasportdan görünür ki, 1982-ci il buraxılışli, QAZ-53 B markalı, şassi nömrəsi 0707811, mühərrik nömrəsi 187362, dövlət nömrə nişanlı 25-12 AJK olan avtomobil Zərdab rayonu “Engels” adına kolxozun balansında olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin rəisi Fərid Mikayılov tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-16-1/2- 430/2024 nömrəli məktubdan görünür ki, o, müzakirənin onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 307.1.maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, BP 393809 nömrəli texniki pasportda göstərilən 1982-ci il buraxılışlı, QAZ-53 B markal, şassi nömrəsi 0707811, mühərrik nömrəsi 187362, dövlət nömrə nişanlı 25-12 AJK olan avtomobil xx.xx.1998-ci il tarixdə tərtib edilmiş aktla əmlak payı kimi Ərizəçi verilmişdir. Həmin vaxtdan avtomobil ərizəçinin istifadəsindədir. Ərizəçi həmin avtomobili öz adına rəsmiləşdirmək istəmiş və bununla əlaqədar olaraq müəyyən sənədləri Ağcabədi rayon 6 saylı rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə təqdim etsə də, avtomobili öz adına rəsmiləşdirə bilməmiş, 1998-ci ildə kolxoz islahatı gedən zaman sözügedən avtomobilin əmlak payı kimi ona verilməsi barədə Zərdab rayonunun Məlikli kəndində xx.xx.1998-ci il tarixdə tərtib edilmiş aktın ona məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması bildirilmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə, BP 393809 nömrəli texniki pasportda göstərilən 1982-ci il buraxılışlı, QAZ-53 B markal, şassi nömrəsi 0707811, mühərrik nömrəsi 187362, dövlət nömrə nişanlı 25-12 AJK olan avtomobil barəsində xx.xx.1998-ci il tarixdə tərtib edilmiş aktın Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. BP 393809 nömrəli texniki pasportda göstərilən 1982-ci il buraxılışlı, QAZ-53 B markal, şassi nömrəsi 0707811, mühərrik nömrəsi 187362, dövlət nömrə nişanlı 25-12 AJK olan avtomobil barəsində xx.xx.1998-ci il tarixdə tərtib edilmiş aktın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-671/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-671/2024
16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver