Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-672/2024 28.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması və müalicə xərci tələbi) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı Məzahir qızının Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən birgə nikahlarından doğulan xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 150 manat aliment pulunun artırılaraq hər ay 235 manat, Mədinənin xəstəliyi ilə əlaqədar 100 manat müalicə pulun və Mediasiyaya ödədiyi 50 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2014-cü ildə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə xx.xx.2021-ci il tarixdən ayrı yaşayırlar. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-189/2021 saylı qətnaməsinə əsasən Mədinənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Maddi vəziyyəti çox ağırdır, dolanışıqda əziyyət çəkir. Uşaq böyüdükcə problemləri, ehtiyacları da artır. Qızı Mədinə epilepsiya xəstəliyindən əziyyət çəkir. Uşağın müalicəsi üçün hər ay masaj və müalicəsi üçün həkimə müraciət edir, bunun üçün əlavə xərclər lazım olur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə 2014-cü ildə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə xx.xx.2021-ci il tarixdən ayrı yaşayırlar. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-189/2021 saylı qətnaməsinə əsasən Mədinənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment tutulması qət edilmişdir. Qızı Mədinə həm epilepsiya, həm astma-bronxit, həmdə pinemaniya xəstəliklərindən əziyyət çəkir. Uşağın xəstəliyinə, tez tez epilepsik tutmaları olduğuna görə özü heç bir yerdə işləyə bilmir. Maddi çəhətdən əziyyət çəkir. Cavabdehin ödədiyi 150 manat uşağın ehtiyaclarını tam ödəmir. Mədinəni mütamadi olaraq həkim müayinələrindən keçirməli olur, bununla əlaqədar Kürdəmir, Ağcabədi rayonuna, Bakı şəhərinə gedib gəlir, yola və Mədinənin dərmanlarına müəyyən xərc çəkməli olur. Cavabdehin mal-qarası, Bakı şəhərində evi var, evi kirayə verir, yəni qazancı yaxşıdır. Cavabdeh xəstə olduğunu qeyd edir, özü də xəstədir, əsəbdən dərman qəbul edir, qızı Mədinə isə çox xəstəlikdən əziyyət çəkir. Qabaqdan qış fəsli gəlir. Cavabdeh imkan vermir ki, o, uşaqla yaşadığı evə qaz xətti çəkdirsin, evi qızdırmaq üçün odun almalı olur, buna da xərci çıxır. Məcbur olub qohum əqrəbadan ona maddi köməklik etmələrini istəyir. Cavabdeh isə uşağının xəstə olmasını bilə-bilə uşağına könüllü olaraq əlavə maddi cəhətdən heç bir köməklik etmir. Məsələ ilə əlaqədar mediasiyaya müraciət etsə də mediasiya sessiyasında cavabdehlə razılığa gəlməmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, özü xəstədir, heç bir yerdə işləmir. Nə mal-qarası, nə də Bakı şəhərində evi yoxdur. İddiaçının dediyi ev ona məxsus deyil qardaşının evidir. Uşağın saxlanılması üçün 150 manat aliment pulu ödəyir. İddiaçının hazırda ondan tələb etdiyi pulu ödəməyə imkanı yoxdur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 bronxit və epilepsiya xəstəsidir. Uşaq anadan olandan xəstədir, dəfələrlə stasionar və ambulator müalicələr alıbdır. İş materiallarında olan mediator X8 tərəfindən verilmiş 31.07.202-cü il tarixli, MŞŞ/MT018/2024-01186 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin olaraq alimentin artırılması və müalicə xərci tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarında olan Zərdab rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 387 nömrəli arayışdan görünür ki, Cavabdeh Zərdab MRX PHŞ poliklinika şöbəsində şizofreniya paranoid forma” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan Zərdab rayon İHB-nin Şahhüseynli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 293 saylı arayışdan görünür ki, Şirinov X1 daimi qeydiyyatda olmaqla hal-hazırda Şahhüseynli kəndində yaşayır. Cavabdeh hal-hazırda heç bir yerdə işləmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər 2014-cü ildə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından bir uşaqları xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər xx.xx.2021-ci il tarixdən ayrı yaşayırlar. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-189/2021 saylı qətnaməsinə əsasən hazırki Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat aliment tutularaq hazırki İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın ehtiyaclarını tam ödəmir. Həmçinin xx.xx.2015-ci il təvəllüdlü X2 bronxit və epilepsiya xəstəliyindən əziyyət çəkir, mütamadi olaraq həkim müayinəsindən keçərək müalicə alır. İddiaçı bir valideyin kimi təkbaşına uşağı vaxtaşırı həkim müayinəsindən keçirməyə məcbur olur, habelə onun müalicəsini etdirir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, mediasiya sessiyasında tərəflər qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatına, işin yuxarıda müəyyən olunan hallarına və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması barədə Zərdab Rayon Məhkəməsinin 2(035)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən artıq 03 il, 08 ay müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Həmin məbləğ Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Ona görə də məhkəmə hesab edir ki, uşağa görə cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(036)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə araşdırması zamanı həmçinin tərəflərin izahatından, məhkəmə iclasında tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü X2 bronxit və epilepsiya xəstəliyindən əziyyət çəkir, uşaq anadan olandan xəstədir, dəfələrlə stasionar və ambulator müalicələr almış, hazırda da mütamadi olaraq həkim müayənəsindən keçərək müalicə alır. İddiaçı bir valideyin kimi təkbaşına uşağı vaxtaşırı həkim müayinəsindən keçirməyə məcbur olur, habelə onun müalicəsini etdirir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh də bir valideyin kimi uşağın müayinə və müalicəsində iştirak etməlidir. Bu məqsədlə ondan hər ay sabit pul formasında müalicə xərci tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin geniş maddi imkana malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir, həmçinin məhkəmə iclasında cavabdehin də xəstə olması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həm alimentin artırılması, həm də müalicə xərci tələbinə dair hissədə işin yuxarıda müəyyən olunmuş hallarına və Azərbaycan Respublikası MPM-nin 233.4-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə uyğun olaraq qismən təmin edilməlidir. Uşağa görə cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin, habelə müalicə xərcinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatadək olduqda dövlət nəfinə 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, hazırkı iddia həm də alimentlə (alimentin artırılması ilə) bağlı olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən ilkin iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, eləcə də cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 180 manat (hazırda tutulan məbləğ) - 150 manat (əvvəl tutulan məbləğ) = 30 manat; 30 manat x 12 ay = 360 manat təşkil etdiyindən həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Qət Etdi: İddia qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2015ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı verilsin. xx.xx.2015-ci il təvəllüdlü X4 müalicəsi üçün Cavabdeh hər ay 40 (qırx) manat pul tutularaq İddiaçı verilsin. Dəyişdirilən miqdarda alimentin və müalicə xərcinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinə alimentlə (alimentin artırılması ilə) bağlı hissədə məhkəmədə baxılması üçün ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-672/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-672/2024
28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver