Məhkəmə qərarları › İş №2(035)-786/2023

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-786/2023

21.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-786/2023 21.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin icraata qəbulundan imtinasına dair) Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi x katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kompensassiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən əmlaklarının çıxarılması tələbi”nə dair verdiyi iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri 21 noyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna 3000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsinə, cavabdeh uşaqlarıNuralıyeva Nazlı Ağahüseyn qızının xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-cil il təvəllüdlü X1 və ünvan 1 ünvanında yerləşən mənzildə olan cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh yetkinlik yaçına çatmayan uşaqaları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-cil il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmiş və iddiaçılar İddiaçı, X9 və X2 Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmasına dair qarşılıqlı idda tələbi isə təmin edilməmişdir. Bundan əlavə İddiaçı Cavabdeh qarşı “kompensassiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildə qeydiyyatdan çıxarılması və cehiz əşyalarının çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş və Zərdab Rayon Məhkəməsinin 2(035)-319/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə görə hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Həmin məcəllənin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Həmin məcəllənin 153.4-maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin məcəllənin 153.6-ci maddəsinə görə İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.2, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “kompensassiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən əmlaklarının çıxarılması tələbi”nə dair verdiyi iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar