Məhkəmə qərarları › İş №2(035)-86/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-86/2024

13.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-86/2024 13.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və dövlət rüsumu tələbi”nə tələbinə dair mülki iş üzrə (Açar sözlər:Borcun silinməsi) X3 Elxan oğlunun sədrliyi Hüseyinzadə Natiq Hüseyin oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 13 fevral 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı CavabdehX1 Qaz İstismar İdarəsinin “Təbii X2nın pozulması haqqında” 19 aprel 2023cü il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 2177.28 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. İddiaçının evinə gedən qaz xətti bağlanmış və evin qaz təcizatı dayandırılmışdır. Qaz təcizatının dayandırılması ilə bağlı aidiyyəti orqanlara müraciət etmiş və məlum olmuşdur ki, guya onun tərəfindən sayğaca müdaxilə olmuşdır. İddiaçı hesab edir ki, ozü orada olmamış, sayğaca hər hansı bir müdaxilənin olması barədə onun iştirakı ilə hər hansı bir akt tərtib edilməmişdir.Cavabdeh İB-nin Tərtər RQİİ-nin Zərdab XS-nin əməkdaşları tərəfindən 19 aprel 2023cü il tarixli, ******* nömrəli təbii X2nın pozulması ilə bağlı akt tərtib edilərək onu 2177.28 manat cərimə etmişlər. Lakin, bir müddət sonra Cavabdeh Tərtər X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən sayğaca guya müdaxilə səbəbi ilə dəymiş ziyanın həcminə görə 5184 m/k və 12960 m/k qaz sərfiyyatı hesablanmış və bu səbəbdən ondan 2177.28 manat pulun ödənilməsi tələb edilmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaya Etiraz: Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən ünvan 1-da yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış G-4 markalı **********2 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar qaz şəbəkəsinə metal boru vasitəsilə qoşularaq qaz xəttinin çəkərək evinin xəttinə birləşdirməsi faktı müəyyən olunmuşdur. İddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təstiqləyən foto və video çəklişlər aparılmışdır. Qeyd olunan faktı abonentin iştirakı ilə Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” akt tərtib edilərək təsdiq edilmişdir. Cavabdeh hesab edirik ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi təmin edilməməli, əksinə tərəfimizdən verilmiş etiraz ərizəsi isə təmin edilməlidir. Çünki, İddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xəttdən istifadə edərək təbii qazı talamışdır. Odur ki, Cavabdeh iddianın rəddd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə etiraz ərizəsini göndərərək ünvan 1-da yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış G-4 markalı **********2 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı iddiaçının sayğacdan kənar qaz şəbəkəsinə metal boru vasitəsilə qoşularaq qaz xəttinin evinin xəttinə birləşdirdiyini, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə etdiyini və bu halı təstiqləyən foto və video çəklişlər aparıldığı təsdiq edildiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin 185,6-ci maddəsinə əsasən səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Onun evinə gedən qaz xətti bağlanmış və evin qaz təcizatı dayandırılmışdır. O, qaz təcizatının dayandırılması ilə bağlı aidiyyəti orqanlara müraciət etmiş və məlum olmuşdur ki, guya onun tərəfindən sayğaca müdaxilə olmuşdır. O, hesab edir ki, ozü orada olmamış, sayğaca hər hansı bir müdaxilənin olması barədə onun iştirakı ilə hər hansı bir akt tərtib edilməmişdir.Lakin, bir müddət sonra Cavabdeh Tərtər X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən sayğaca guya onun tərəfindən müdaxilə səbəbi ilə dəymiş ziyanın həcminə görə 5184 m/k və 12960 m/k qaz sərfiyyatı hesablanmış və bu səbəbdən ondan 2177.28 manat pulun ödənilməsi tələb edilmişdir. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Cavabdeh Tərtər X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii X2nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı istifadə etdiyi sayğacdan kənar qeyri-qanuni əlavə xətt çəkdiyi aşkar olunduğu göstərilmişdir. İşdə olan Cavabdeh Tərtər X4 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən qaz sayğacının nominal qaz sərfinin 6 kub/m/saat, orta günlük iş rejimi -24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə, iran sobanın maksimal saatlıq qaz sərfi 1.5 kub/m/saat, orta günlük iş rejimi -24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, cəmi 6 x 24x360=5184 kub/metr və 1.5x24x360 =12960 kub/metr, cəmi 18144 kub/metr göstərilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, abonentə- İddiaçı akta əsasən 2177.28 manat qalıq pul hesablanmışdır. İşdə olan məhkəmə prosesinin gedişində Cavabdeh tərəfindən məhkəməyə göndərilən iddiaya qarşı yazılı etiraz ərizəsindən görünür ki, ünvan 1-da yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış G-4 markalı **********2 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar qaz şəbəkəsinə metal boru vasitəsilə qoşularaq qaz xəttinin çəkərək evinin xəttinə birləşdirdiyini, iddiaçı tərəfindən təbii qazdan qeyriqanuni istifadəsini və bu halı təstiqləyən foto və video çəklişlər aparıldığı təsdiq edildiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. İşdə olan DİSK-dəki səs yazısından və görüntüdən görünür ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən ünvan 1-da yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış G- 4 markalı **********2 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar qaz şəbəkəsinə metal boru vasitəsilə qoşularaq qaz xəttinin çəkərək evinin xəttinə birləşdirilməsi məlum olmuşdur. İddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəklişlər aparılmışdır. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “X2”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “X2”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X2”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 4.6-cı bəndinə əsasən sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və müqavilədə zərərin əvəzinin daha az miqdarı ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn; pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 135.1-ci maddəsinə əsasən , fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin məcəllənin 136.4-cü maddəsində kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı , kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqların daxil olması göstərilmişdir Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndində limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirə salınmaz tədbirlər həyata keçirilməsi, enerji daşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli, 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Həmin məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatından, etiraz ərizəsindən və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. İddiaçının evinə gedən qaz xətti bağlanmış və evin qaz təcizatı dayandırılmışdır. Qaz təcizatının dayandırılması ilə bağlı iddiaçı aidiyyəti orqanlara müraciət etmiş və məlum olmuşdur ki, onun tərəfindən sayğaca müdaxilə olmuşdır. İddiaçı hesab edir ki, ozü orada olmamış, sayğaca hər hansı bir müdaxilənin olması barədə onun iştirakı ilə hər hansı bir akt tərtib edilməmişdir.Cavabdeh İB-nin Tərtər RQİİ-nin Zərdab XS-nin əməkdaşları tərəfindən 19 aprel 2023cü il tarixli, ******* nömrəli təbii X2nın pozulması ilə bağlı akt tərtib edilərək ondan 2177.28 manat cərimə tələb etmişlər. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən sübutlar məhkəməyə təqdim edilmiş və aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini mümkün edir. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən ünvan 1-da yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış G-4 markalı **********2 nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman sayğacdan kənar qaz şəbəkəsinə metal boru vasitəsilə qoşularaq qaz xəttinin çəkərək evinin xəttinə birləşdirmişdir. iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən video və foto çəklişlər aparılmışdır. Qeyd olunan faktla bağlı abonentin iştirakı ilə Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” akt tərtib edilərək təsdiq edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeyini, maddi və prosesual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı məhkəməyə heç-bir sübut təqdim etmədiyi üçün iddia nə faktiki, nədə ki, hüquqi əsasa malik deyildir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iddiaya məhkəmədə baxılması üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. İddiaya məhkəmədə baxılması üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar