Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-885/2025 06.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, Ərizəçi Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında göstərilən İsmayılova Gülbəniz və Ələsgərova Gülbəniz ilə AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 06 noyabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə ərizəsinin geri qaytarılmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlər əsasında hesab edirəm ki, Ərizəçi tərəfindən məhkəməyə verilmiş “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim Cavid Abbasov
Məhkəmə qərarları › İş №2(035)-885/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-885/2025
06.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver