Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-900/2025 13.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi) X7 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cü il təvəllüdlü X3 onun doğma oğludur və hal hazırda onun himayəsində yaşayır. Elməddin “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə F72.1 İQ=34 bal.F72.1Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik Ağırlaşma F91 Davranış pozğunluğu, Davranış pozulmaları Ağırlaşma Z74.8 Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar digər problemlər, Kənar şəxsin qulluğuna ehtiyacı var.Yanaşı xəstəliklər G47.2 Yuxu və oyanma siklinin pozulması, yuxu pozulması diaqnozundan əziyyət çəkir. Elməddin psixi xəstə olmaqla hərəkətlərini ölçüb-biçmək, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik deyildir. Elməddin öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2026-cı il tarixli məktub təqdim edərək Ərizəçi xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirakları olmadan baxılmasına və müvafiq qətnamənin çıxarılmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü X3 onun doğma oğludur. Elməddin əgli gerilik xəstəliyindən əziyyət çəkir, psixi xəstə olmaqla hərəkətlərini ölçüb-biçmək, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik deyildir. Elməddinin xəstəliyi ağır olduğundan onunla birgə digər ailə üzvləri də onun qulluğunda duraraq çox əziyyət çəkirlər. Elməddin öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək imkanına malik olmadığı üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, ona qəyyum təyin oluna bilsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Şıxbağı icra nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, arayışın sahibi X1 atası qrafasında atası kimi Ərizəçi, anası qrafasında anası kimi X4 yazılmışdır. İşdə olan Kürdəmir rayon Psixiatriya Xəstəxanası və Salyan rayonlararası psixiatriya xəstəxanası tərəfindən verilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə X6 tərəfindən müayinə olunub. Diaqnozu: F72.1 Ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə İQ=25% Kənar şəxsin yardımı zəruridir kimi qeyd edilmişdir. İşdə olan Zərdab Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Zərdab rayonu, Ağabağı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.2003-cü il təvəlüdlü X3 barəsində Zərdab RPŞ-nə ərizə ilə müraciət etmişlər, onun psixoloji problemlərinin olması və kənd ərazisində qonşuları və kənd sakinlərini narahat etməsi bildirilmişdir. Tərəflərindən araşdırma aparılmış şəxsin ciddi davranış pozuntusunun olması aşkarlanmışdır. X1 valideynləri ilə fərdi söhbət aparılmış həmin şəxsin xəstəxanaya yerləşdirilməsi tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 haqqında arayışdan görünürki, xx.xx.2003-cü il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdən F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik Ağırlaşma F91 davranış pozğunluğu. Davranış pozulmaları Ağırlaşma Z74.8 Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar digər problemlər. Kənar şəxsin qulluğuna ehtiyacı var. Yanaşı xəstəliklər G47.2 Yuxu və oyanma siklinin pozulması.Yuxu pozulması diaqnozu ilə binici dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2026-cı il tarixli, 36 saylı rəyindən görünür ki, X2 “Ağır dərəcəli Əqli gerilik (imbekillik dərəcəsində), davranış pozuntuları ilə (F72.1) aşkar olunur. Bunu iş materialları, tibbi sənədlər(erkən yaşlarından psixofiziki inkişafda xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “F72.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi ağırlaşma F91 davranış pozğunluğu,davranış pozulmaları ağırlaşdırma Z74.8 yardım və qulluq göstərən şəxsdən asılı olma, kənar şəxsin qulluğuna ehtiyacı olması, yanaşı xəstəliklər G47.2 yuxu və oyanma siklinin pozulması və yuxu pozulması” diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması vəs.sübut edir. X2 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3nu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. İşdə olan Rayon İHB Aparatının hüquq və kadr məsələləri sektorunun müdiri, Qəyyumluq və Himayəçilik komissiyasının sədri Vasif Məhəmmədov tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 5-84-7/3-06/2026 saylı məktubdan görünür ki, o, Ərizəçi xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirakları olmadan baxılmasına və müvafiq qətnamənin çıxarılmasına etirazının olmadığını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, xx.xx.2003-cü il təvəllüdlü X3 ərizəçinin doğma oğludur. X2 “Ağır dərəcəli Əqli gerilik (imbekillik dərəcəsində), davranış pozuntuları ilə (F72.1) aşkar olunur. Belə ki, iş materialları, tibbi sənədlər (erkən yaşlarından psixofiziki inkişafda xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “F72.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi ağırlaşma F91 davranış pozğunluğu, davranış pozulmaları ağırlaşdırma Z74.8 yardım və qulluq göstərən şəxsdən asılı olma, kənar şəxsin qulluğuna ehtiyacı olması, yanaşı xəstəliklər G47.2 yuxu və oyanma siklinin pozulması və yuxu pozulması” diaqnozu ilə birinci dərəcəli əlil hesab olunur. X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən aşkar edilmiş xəstəlik X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsasdır. Onun qeyd olunan xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də, ərizə təmin edilməli və xx.xx.20203-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-900/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-900/2025
13.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver