Məhkəmə qərarları › İş №2(036)-1002/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1002/2023

17.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1002/2023 17.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli, 15 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0190 nömrəli 90700108 kodlu dövlət aktında səhvən qeyd olunmuş «X10» Ərizəçi kimi, «X5» X4, «X3» X1 və «X12» X6 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi və onun ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli, 15 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0190 nömrəli 90700108 kodlu dövlət aktı verilmişdir. Həmin dövlət aktında ərizəçinin və onun ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi X7 ərizəni müdafiə etdi və tələbin təmin olunması barədə qətamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağa mülkiyyət hüququna dair» JN-0190 nömrəli 90700108 saylı dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 28 dekabr 2001-ci il tarixli, 15 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2,27 ha torpaq sahəsi X19, X13, X14, X8 və X12 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0190 nömrəli 90700108 saylı dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X10 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AA0801958 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0190 nömrəli 90700108 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 704237 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Günay Qədir qızı arasında nikah 18 noyabr 2011-ci il tarixdə bağlanmış və həmin nikah 732 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra Günay Qədir qızına “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan AA1503457 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0190 nömrəli 90700108 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 180109 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə Gülüstan Qədir qızı arasında nikah 11 oktyabr 2017-ci il tarixdə bağlanmış və həmin nikah 04 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra Gülüstan Qədir qızına “Fərəcova” soyadı verilmişdir. İş materiallarında olan AA2198656 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0190 nömrəli 90700108 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X6 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 009012 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Sona Qədir qızı arasında nikah 01 iyun 2015-ci il tarixdə bağlanmış və həmin nikah 13 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra Sona Qədir qızına “İslamova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0190 nömrəli 90700108 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktın ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0190 nömrəli 90700108 kodlu dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi, X13, X15, X11 və X6 oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0190 nömrəli 90700108 kodlu dövlət aktının Ərizəçi, X13, X15, X11 və X18 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X10 Ərizəçi kimi, X5 X4, X3 X1 və X12 X6 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar