Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1004/2025 03.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi – maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti qeyd edilən “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü qızı X2 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı il təvəllüdlü qızı X6 ilə İmişli rayonu, Rəsullu kəndində birgə yaşayır. Ona o, qulluq edir, çünki oğlu psixi xəstəlikdən əziyyət çəkir. O, 1-ci dərəcəli əlildir, hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin mənasını anlamır. Ona daim nəzarət etmək məcburiyyətindədir. Qızının həmin xəstəliyi olması barədə tibbi sənədlər də vardır. Xəstə qızının hüquqlarını tam həyata keçirmək, hüquqlarını müdafiə etmək, adından əqd bağlamaq və s. üçün onun üzərində qanunauyğun olaraq qəyyum təyin edilməlidir. Bunun üçün də o, fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəməyə məktubla müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan İmişli RİHB-nin Rəsullu kənd İƏD üzrə nümayəndəliyi tərəfndən verilmiş xx.xx.2025-ci il tarixli, 80 nömrəli arayışdan görünür ki, İmişli rayonu, Rəsullu kənd sakini Ərizəçi oğlu X7, qızı X6, gəlini X4, nəvəsi X5 və nəvəsi X8 adlı ailə tərkibi vardır. İş materiallarında olan İmişli ƏSMM tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 187223 nömrəli vəsiqənin surətindən görünür ki, X6 birinci qrup əlildir. İş materiallarında olan xx.xx.1990-cı il tarixli, XV-JQ 464101 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1990-cı il tarixdə İmişli rayonu, Rəsullu kəndində anadan olmuşdur. Ata qrafasına X12, ana qrafasına Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1987-ci il tarixli, İV-JQ 321675 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X9 arasında nikah xx.xx.1965-ci il tarixdə bağlanmış və akt qeydləri kitabında 25 № ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Əmralıyeva” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AZ-İ 855441 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə ağciyər vərəmi, bakteroloji və ya histoloji təsdiq olunması xəstəliyi səbəbindən İmişli rayonu, Rəsullu kəndində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1273 saylı rəyində belə qərara gəlinmişdir ki, X3 ağır kəmağıllılıq, ağıl zəifliyi, davranış pozuntuları müəyyən edilmişdir. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Beləliklə müəyyən edilmişdir ki, Ərizəçi qızı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacı olduğundan, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) X6 psixi vəziyyətinin müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2025-ci il tarixli, 1273 saylı rəyi ilə, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X6 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə xx.xx.1990-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1990-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1004/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1004/2025
03.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver