Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1011/2023 22.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunazidd hərəktlərinə son qoyulması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh onun mərhum əri ilə birgə yaşadıqları mənzildən cehiz və digər əşyaların götürülməsinə mane olan qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ilə 18 may 2017-ci il tarixdə ailə həyatı qurmuş, həmin vaxtdan ailəsi ilə birlikdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində mərhum əri Ramilin valideynlərinin yaşadığı evin ikinci mərtəbəsində yaşamışdır. Gəlin köçən zaman valideynləri tərəfindən ona (1. Yataq dəsti və ona aid tumbalar 350 manat dəyərində, 2. bir ədəd qabaq stolu 120 manat dəyərində, 3. 6 ədəd stullar 120 manat dəyərində, 4.televizor altlığı 50 manat dəyərində, 5. 2 ədəd şüşəli servantlar 200 manat dəyərində, 6. 2 ədəd termolar 100 manat dətərində, 7."meçta" markalı soba 75 manat dəyərində, 8. 1 ədəd xalça 100 manat dəyərində, 9. 3 dəst yorğan-döşək dəsti, 10. 2 ədəd örtük dəsi 100 manat dəyərində, 11. 1 ədəd çay dəsti 50 manat dəyərində, 12. 1 ədəd yemək dəsti 80 manat dəyərində, 13. sadə qab-qacaq dəsti 30 manat dəyərində, 14. qazan dəsti 80 manat dəyərində, çəngəl, qaşıq və bıçaq dəsti 80 manat dəyərində, pərdələr, məhrəbalar və süfrə dəstləri 120 manat dəyərində cəmi 1655 manat dəyərində) cehiz əşyaları verilmişdir. Bundan əlavə birgə yaşadıqları dövrdə mərhum əri Ramil tərəfindən “Biryus” markalı soyuducu 680 manat dəyərində, bir ədəd 100 manat dəyərində paltaryuyan maşın alınmış və anası tərəfindən ona bir dəst yorğan və bir ədəd xalça verilmişdir. X1 12 oktyabr 2021-ci ildə iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində ölmüş, bundan sonra onun valideynləri və qayınları tərəfindən mərhum Ramilin yasının üçü gününün səhərisi iki azyaşlı uşaqları ilə ayrı yaşadıqları evdən zorla qovulmuşdur. Həmin vaxt yaşadığı evin giriş qapısını kilidlə bağlayıb açarı özü ilə götürmüşdür. Qaynı Cavabdeh tərəfindən kilid dəyişdirilmişdir. O, Amiddən qapını açmağı xahiş etsə də sonuncu əşyaları verməyəcəyini bildirmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazı olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
9. Cavabdeh iddianı etiraf edərək təmin olunmasına heç bir etirazının olmadığını bildirdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
10. Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.
11. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
12. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
13. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
14. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
15. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.
16. Maddə 220.4. Cvabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi
17. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh onun mərhum əri ilə birgə yaşadıqları mənzildən cehiz və digər əşyaların götürülməsinə mane olan qanunazidd hərəkətlərinə son qoymasını tələb etmiş, cavabdeh isə iddianı etiraf etmişdir.
18. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir.
19. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
34. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
35. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
36. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qəbul edilib, iddia təmin olunmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mərhum əri ilə birgə yaşadıqları mənzildən cehiz və digər əşyalarını götürməsinə Cavabdeh mane olması kimi qanunazidd hərəkətlərinə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev