Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1015/2021 05.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2001-ci tarixli, 15 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0429 nömrəli 90700108 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “X9” X2 və “X5” X3 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, aqrar islahat zamanı ailə üzvlərinə pay torpaq sahəsi qeydiyyata alınmış və Aqrar İslahat Komissiyasının xx xxxxxx 2001-ci il tarixli, 15 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0429 nömrəli 90700108 kodlu Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün göstərilməmişdir. Bu yalnışlığa görə onlar həmin hüquq müəyyənedici sənəddən istifadə edə bilmirlər. Həmin dövlət aktını vermiş Aqrar İslahat Komissiyası və Torpaq şöbəsi ləğv edildiyindən qeyd olunan sənəddə buraxılmış açıq səhvlərin məhkəmədənkənar dəyişdirlməsi mümkün deyil. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0429 nömrəli 90700108 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 2001-ci il tarixli, 15 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 5.97 ha torpaq sahəsi X31, X18, Ərizəçi, X15, X24, X16, X25, X19, X11, X12, X20, X21, X4, X10 və X22 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İmişli rayon İcra Hakimiyyəti Başçısının Qızılkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, X1 rayonunun Qızılkənd kəndində daimi qeydiyyatdadır və yaşayır. Köçəri həyat keçirdiklərinə görə doğum haqqında şəhadətnamə almamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 1971ci il tarixdə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0429 nömrəli 90700108 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan AZE 13613940 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0429 nömrəli 90700108 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0429 nömrəli 90700108 kodlu Dövlət aktıda texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərindən X7 və X8 adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0429 nömrəli 90700108 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları X31, X13, Ərizəçi, X14, X24, X16, X25, X19, X11, X12, X20, X21, X4, X10 və X26 aid edilməli və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0429 nömrəli 90700108 kodlu Dövlət aktının X31, X13, Ərizəçi, X14, X24, X16, X25, X19, X11, X12, X20, X21, X4, X10 və X26 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 X2 və X5 X3 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1015/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1015/2021
05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver