Məhkəmə qərarları › İş №2(036)-1020/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1020/2024

22.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1020/2024 22.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi – maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti qeyd edilən “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, bacısı xx.xx.1982-ci il təvəllüdlü X5 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, İQ-24 diaqnozu ilə birinci dərəcəli əlildir. Əmək qabiliyyəti yoxdur. Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları vardır. Buna görə də ona hal-hazırda o, qulluq edirəm. O, hərəkətlərini idarə edə bilmir. X5 xəstəliyi ilə əlaqədar hərəkətlərini idarə edə bilmədiyi üçün ona daim nəzarət etmək məcburiyyətindədir. Buna görə də, onun üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəyyum təyin edilməlidir. Bunun üçün ilk növbədə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iş üzrə təqdim edilmiş ekspertiza rəyini nəzərə alaraq ərizənin məhkəmə tərəfindən təmin edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il 18-1-46/2-İ-31-819/2024 nömrəli arayışdan görünür ki, İmişli şəhəri, L.Vəliyev küçəsi, ev 76 ünvanında qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin vərəm şöbəsində dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə edilmiş “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il 18-1-46/2-İ-31-821/2024 nömrəli arayışdan görünür ki, İmişli şəhəri, L.Vəliyev küçəsi, ev 76 ünvanında qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsinin narkoloji kabinetində xəstəliklər ilə əlaqədar qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il 18-1-46/2-İ-1290-31-818/2024 nömrəli arayışdan görünür ki, İmişli şəhəri, L.Vəliyev küçəsi, ev 76 ünvanında qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsində ruhi və əsəb xəstəliklər ilə əlaqədar dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il 1013 saylı arayışdan görünür ki, İmişli şəhəri, L.Vəliyev küçəsi, ev 76 ünvanında yaşayan Ərizəçi ailə tərkibi anası X7 və bacısı X2 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 17891330 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumata əsasən xx.xx.1982-ci il təvəllüdlü X5 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları diaqnozu ilə (İQ-24) İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 2558 saylı rəyində belə qərara gəlinmişdir ki, X5 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə (F72.1) aşkar olunur. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Beləliklə müəyyən edilmişdir ki, Ərizəçi bacısı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacı olduğundan, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) X5 psixi vəziyyətinin müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2024-cü il tarixli, 2558 saylı rəyi ilə, X5 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə (F72.1) aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X5 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə xx.xx.1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar