Məhkəmə qərarları › İş №2(036)-1060/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1060/2022

12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1060/2022 12.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-102B nömrəli KOD 90712038 saylı şəhadətnamədə səhvən qeyd olunmuş «X28» X6, «X11» X7 və «X12» X8 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli, 03 saylı qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-102B nömrəli KOD 90712038 saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə texniki səhv olaraq X2 Maya Əli qızı kimi, X1 Minarə Cəmil qızı kimi və X3 İsmayıl Nizam qızı kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Şəhadətnaməni vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağın mülkiyyətə verilməsinə dair» JN-102B nömrəli KOD 90712038 saylı şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 06 dekabr 1997-ci il tarixli, 03 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1,47 ha torpaq sahəsi X26, X35, X24, X25, X29, Ərizəçi və X15 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-1745301 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 17 iyun 1952-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İş materiallarında olan AZE 04921646 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-102B nömrəli KOD 90712038 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X7 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının Muradalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 yanvar 2022-ci il tarixli, 09 saylı arayışdan görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-102B nömrəli KOD 90712038 saylı şəhadətnamədə X13 ata adı səhvən X9 yazılmışdır. Əslində onun adı X7 yazılmalı və oxunmalıdır. İş materiallarında olan İV-JQ 437660 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 03 dekabr 1976-cı ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İş materiallarında olan AZE 13615380 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-102B nömrəli KOD 90712038 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X8 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının Muradalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 yanvar 2022-ci il tarixli, 10 saylı arayışdan görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-102B nömrəli KOD 90712038 saylı şəhadətnamədə X5 X10 yazılmışdır. X4 kimi yazılmalı və oxunmalıdır. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, 02 fevral 2001-ci il tarixdə vəfat etmiş X14 adı «Torpağın mülkiyyətə verilməsinə dair» JN-102B nömrəli KOD 90712038 saylı şəhadətnamədə X17 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-102B nömrəli KOD 90712038 saylı şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-102B nömrəli KOD 90712038 saylı şəhadətnamənin X26, X21, X22, X23, X29, Ərizəçi və X16 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-102B nömrəli KOD 90712038 saylı şəhadətnamənin X26, X21, X22, X23, X29, Ərizəçi və X16 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X28 X6, X11 X7 və X12 X8 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar