Məhkəmə qərarları › İş №2(036)-1061/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1061/2023

31.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1061/2023 31.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2127A nömrəli KOD 90701004 saylı şəhadətnamədə səhvən qeyd olunmuş «X3» X1 və «X5» X7 oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına aqrar islahat zamanı pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2127A nömrəli KOD 90701004 saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Şəhadətnamə vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2127A nömrəli KOD 90701004 saylı şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,05 ha torpaq sahəsi X8, Ərizəçi, X9 və X5 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE15980578 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2127A nömrəli KOD 90701004 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 335091 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2127A nömrəli KOD 90701004 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X1 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2127A nömrəli KOD 90701004 saylı şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin şəhadətnamə ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2127A nömrəli KOD 90701004 saylı şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları X6, Ərizəçi, X9 və X2 oxunmalı və həmin sənədin ona məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-2127A nömrəli KOD 90701004 saylı şəhadətnamənin X6, Ərizəçi, X9 və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 X1 və X5 X2 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar