Məhkəmə qərarları › İş №2(036)-1096/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1096/2023

03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1096/2023 03.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş “X1ydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, 210431 saylı, xx.xx.2020-ci il tarixli 172626 saylı, xx.xx.2021-ci il tarixli 227331 saylı və xx.xx.2022-ci il tarixli 276413 saylı aktların etibarsız hesab edilməsi və qanunsuz hesablanmş borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayonunun Qulubəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşayış evinə X2 etmək üçün elektrik sayğacı quraşdırılmışdır. Hər ay sayğac göstəricisinə əsasən bildiriş-xəbərdarlıq vasitəsi ilə ödənişlər edilmişdir. Lakin, buna baxmayaraq "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun barəsində “X1ydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli 210431 saylı, xx.xx.2020-ci il tarixli 172626 saylı, xx.xx.2021-ci il tarixli 227331 saylı və xx.xx.2022-ci il tarixli 276413 saylı aktlar tərtib olunaraq, kənar xətdən istifadə olunduğu göstərilmiş və ona qanunsuz cərimə yazılmışdır. O, heç bir vaxt kənar xətdən istifadə etməmışdir. "xxxx" ASC-nin əməkdaşlarının həmin hərəkətləri bir istehlakçı kimi onun hüquqlarını pozur.

3. “X1ydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli 210431 saylı, xx.xx.2020ci il tarixli 172626 saylı, xx.xx.2021-ci il tarixli 227331 saylı və xx.xx.2022-ci il tarixli 276413 aktların surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Qulubəyli kəndində yerləşən evində X1ydaları yoxlanılarkən, abonentin sayğac sxeminə müdaxilə edərək kənar xətdən istifadə olunması faktı aşkar edilmişdir.

4. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuşdur.

5. Etirazda qeyd olunmuşdur ki, İddiaçı yaşadığı evində xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə X1ydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması faktı aşkar edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş EEİQ-na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən “X1ydalarının pozulması haqqında” xx.xx.2020ci il tarixli 210431 saylı, xx.xx.2020-ci il tarixli 172626 saylı, xx.xx.2021-ci il tarixli 227331 saylı və xx.xx.2022-ci il tarixli 276413 saylı aktlar tərtib edilmişdir. Bu da «X1ydalarının» (EEİQ) 8.17-ci bəndinin istehlakçı tərəfindən pozulması deməkdir. İddiaçının müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyəri 1635.30 manat hesablanaraq bərpa edilmişdir. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. İddiaçı isə ərizəsində aktın etibarsız hesab edilməsi üçün heç bir sübut göstərə bilməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə vəsatət daxil olmuşdur. Həmin vəsatətdə göstərilir ki, iddiaçı xx.xx.2020-ci il tarixli 210431 saylı və xx.xx.2020-ci il tarixli 172626 saylı aktları mübahisələndirərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdü. Belə ki, əməkdaşlar hər ay İddiaçı ünvanına gələrək, sayğacın göstəricisinə əsasən ona borcu haqqında bildiriş xəbərdarlıq təqdim etməsi və cavabdeh tərəfindən vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi, onun barəsində tərtib olunmuş aktlardan məlumatlı olması kimi qiymətləndirilir. Ona görə də iddianın “X1ydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli 210431 saylı və xx.xx.2020-ci il tarixli 172626 saylı aktlar üzrə hissəsində iddia müddətinin tətbiq edilərək, həmin hissədə iddiaya baxmaqdan imtina edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.

8. Məhkəmənin əvvəlki iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

9. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

10. Maddə 71. İnsan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

14. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

17. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

18. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 77.2. Dövlət orqalarının, icra və.s orqanların aktının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

26. Məhkəmə iddiaçının izahatını dinləyib, iş matariallarını və işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir.

27. Belə ki, iş materialları ilə müəyyən olur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı İmişli rayonu, Qulubəyli kəndində yerləşən evində X1ydaları yoxlanılarkən sayğacdan kənar xətdən istifadə olunması aşkar olunduğundan «EEİQ»-nın 8.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən “X1ydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli 210431 saylı,xx.xx.2020-ci il tarixli 172626 saylı, xx.xx.2021 ci il tarixli 227331 saylı və xx.xx.2022-ci il tarixli 276413 saylı aktlar tərtib olunmuş və iddiaçıya əlavə enerji ödənişi hesablanmışdır. Lakin, enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən həmin akt tərtib olunarkən iddiaçının və ya onun ailə üzvlərindən heç kimin iştirakı təmin edilməmişdir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir.

29. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

30. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

31. Qaydaların 8.20-ci bəndinə əsasən yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır.

32. Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

33. Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

34. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.

35. Lakin, məhkəmə iclasında təklif edilməsinə baxmayaraq cavabdeh istehlakçı tərəfindən X2də pozuntuya yol verilməsi və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması barədə heç bir sübut təqdim edə bilməmişdir.

36. Bundan başqa, iş materiallarından görünür ki, "xxxx" ASC ilə abonent arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır.

37. Mövcud qanunvericiliyin tələblərinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Göründüyü kimi iş üzrə tərəflər arasında müqavilə bağlanmadığından istehlakçının enerji təchizatı müəssisəsi qarşısında öhdəliyi də yaranmamışdır.

39. Həmin aktda yoxlamanın yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır. Eləcə də, akt əsasında həmin kənar qoşulmanın qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar akt tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktda qeyd olunmamışdır. İddiaçı tərəfindən iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş qanunsuz qoşulma ilə əlaqədar tərtib edilən aktın yuxarıda qeyd olunanlara əsasən mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir.

40. Cavabdeh tərəf tərtib olunan aktda əks olunan pozuntunun mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı aktın tərtibində iştirak etməmiş və tərtib edilmiş aktda iddiaçının imzası yoxdur, həmçinin akt cavabdeh tərəfin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada tərtib olunmuşdur.

41. Birliyin əməkdaşları tərəfindən iddiaçının yaşayış evinə elektrik sayğacından kənar qanunsuz olaraq elektrik xəttinə qoşulma halları barədə tərtib olunmuş akt üzrə iştirak etmiş şəxslərin şahid qismində dindirilməsi üçün heç bir tədbirlər görülməmiş, itirilmiş elektrikin dəyərinin ödənilməsi üçün qanuna müvafiq hansı tədbirlərin görülməsi və sayğacdan kənar elektrik xəttinin ləğv edilməsi barədə hər hansı bir sübut təqdim edilməmişdir.

42. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

43. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

45. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

46. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

47. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

50. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-nin 375.1 və 375.2 maddələri).

51. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

52. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər.

53. Tərəflər arasındakı münasibətlər vaxtaşırı icra edilməli öhdəliklərə şamil edilir ki, bu fəsildən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. İddiaçı “X1ydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli 210431 saylı və xx.xx.2020-ci il tarixli 172626 saylı aktları mübahisələndirərkən müvafiq olaraq xx.xx.2023-cü il tarix və xx.xx.2023-cü il tarixədək iddia qaldıra bilərdi.Lakin iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir.

54. Mülki qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

55. Beləliklə məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddiaçı “X1ydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli 210431 saylı və xx.xx.2020-ci il tarixli 172626 saylı aktları mübahisələndirərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Ona görə də həmin aktlar üzrə mübahisəyə iddia müddəti tətbiq edilərək, həmin hissədə iddia rədd olunmalı, iddia tələbi qismən təmin edilərək "xxxx" ASC-nin əməkdaşları tərəfindən “X1ydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli 227331 saylı və xx.xx.2022-ci il tarixli 276413 saylı aktlar qanunsuz tərtib edildiyindən etibarsız hesab edilməli və həmin aktlara əsasən hesablanmış borc məbləği silinməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 432-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş “X1ydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli 210431 saylı və xx.xx.2020-ci il tarixli 172626 saylı aktların etibarsız hesab edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş “X1ydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli 227331 saylı və xx.xx.2022-ci il tarixli 276413 saylı aktlar etibarsız hesab edilsin və həmin aktlar əsasında hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar