Məhkəmə qərarları › İş №2(036)-1109/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1109/2021

28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1109/2021 28.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1758A nömrəli 90701004 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş “X11” adının arayışda olduğu kimi X26, “X14” şəxsiyyət vəsiqəsində olduğu kimi X27, “X19” arayışda olduğu kimi X37, “X20” şəxsiyyət vəsiqəsində olduğu kimi X38, “X15” şəxsiyyət vəsiqəsində olduğu kimi X21, “X12” şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi və “X22” şəxsiyyət vəsiqəsində olduğu kimi X7 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, aqrar islahat zamanı ailə üzvlərinə pay torpaq sahəsi qeydiyyata alınmış və Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-1758A nömrəli 90701004 kodlu şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün göstərilməmişdir. Sözügedən şəhadətnamədə olan yalnışlıqların aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin ərazi idarəsində düzəlişlərin edilməsindən imtina etmişdir. Bu yalnışlığa görə onlar həmin hüquq müəyyənedici sənəddən istifadə edə bilmirlər. Həmin dövlət aktını vermiş Aqrar İslahat Komissiyası və Torpaq şöbəsi ləğv edildiyindən qeyd olunan sənəddə buraxılmış açıq səhvlərin məhkəmədənkənar dəyişdirlməsi mümkün deyil. Ona görə də həmin sənədin X26, X27, X37, X38, X21, Ərizəçi və X28 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-1758A nömrəli 90701004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.04 ha torpaq sahəsi X29, X34, X40, X41, X35, X30 və X22 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan arayışdan görünür ki, X26 25.01.1960-cı ildə İmişli şəhərində anadan olmuşdur. X2, anası X23r. İşdə olan arayışdan görünür ki, X37 11.12.1983-cü ildə İmişli şəhərində anadan olmuşdur. X3, anası X16r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X38 22.01.1986-cı ildə İmişli şəhərində anadan olmuşdur. X3, anası X16r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X36 07.07.1987-ci ildə İmişli şəhərində anadan olmuşdur. X3, anası X16r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X36 21.03.1994-cü ildə İmişli şəhərində anadan olmuşdur. X3, anası X16r. İş materiallarında olan AZE 07674427 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1758A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan AZE 15981097 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1758A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X14 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X5 qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1758A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X20 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X8 qeyd edilmişdir. İş materiallarında olan AZE 14737030 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1758A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X15 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1758A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1758A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X22 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X7 qeyd edilmişdir. İş materiallarından olan JQ 270474 nömrəli nikah haqqında şəhadətnamənin surətindən surətindən görünür ki, X26 ilə X32 arasında nikah 15 mart 1983-cü il tarixdə İmişli rayon VVAQ şöbəsində bağlanmış və həmin nikah 37 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X17 “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 981556 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X42 ilə X36 arasında nikah 28 oktyabr 2014-cü il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 618 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X24 “Qurbanova” soyadı verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X44 ilə ərizəçi X33 arasında nikah 23 may 2016-cı il tarixdə İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış və həmin nikah 315 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X18 “Məmmədova” soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, 08.11.2020-ci il tarixdə İmişli şəhərində ölmüş X13 adı şəhadətnamədə X6 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, 13.12.2004-cü il tarixdə İmişli şəhərində ölmüş X25 adı şəhadətnamədə X9 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1758A nömrəli 90701004 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1758A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçilərinin X26, X27, X37, X38, X21, Ərizəçi və X7 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-1758A nömrəli 90701004 kodlu şəhadətnamənin X26, X27, X37, X38, Əliyeva (Qurbanova) Fiyalə Müzəffər qızı, Əliyeva (Məmmədova) Pərvanə Müzəffər qızı və X28 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 X4, X14 X5, X19 X10, X20 X8, X15 Əliyeva (Qurbanova) Fiyalə Müzəffər qızı kimi, X12 Əliyeva (Məmmədova) Pərvanə Müzəffər qızı kimi və X22 X7 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlər aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar