Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-117/2023 30.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qənbərov Ülvi Oktay oğlu sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 QİZİ Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 QİZİ Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin maraqlı şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 QİZİ Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-117/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-117/2023
30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver