Məhkəmə qərarları › İş №2(036)-1177/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1177/2021

07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1177/2021 07.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN-323 nömrəli 90702018 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “X18” Ərizəçi2, “Həsənova Umleyla Mirzağa qızının” X10 və “X11” Ərizəçi1 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə X10, Maraqlı şəxs2, Ərizəçi1 və X13 Aqrar İslahatı zamanı İmişli rayonunun Bəcirəvan kəndində 4.32 ha çöl pay torpaq sahəsi qeydiyyata alınmış və “Torpağa mülkiyyət hüququna dair” JN-323 nömrəli 90702018 saylı Dövlət aktı verilmişdir. Dövlət Aktında texniki səhv olaraq Ərizəçi2 X15, X1 Umleyla Mirzağa qızı kimi və Ərizəçi1 X6 yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. X25 İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçi1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və X17 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-323 nömrəli 90702018 saylı Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxxxx 2001-ci il tarixli 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 4.32 ha torpaq sahəsi X14, Maraqlı şəxs2, X22, X16 və X12 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-323 nömrəli 90702018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X18 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-323 nömrəli 90702018 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə İmişli rayonunun Bəcrəvan kəndində ölmüş X5 adı Dövlət Aktında X4 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair» JN-323 nömrəli 90702018 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair» JN-323 nömrəli 90702018 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları Ərizəçi2, X10, Maraqlı şəxs2, Ərizəçi1 və X7 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-323 nömrəli 90702018 kodlu Dövlət aktının Ərizəçi2, X10, Maraqlı şəxs2, Ərizəçi1 və X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X18 Ərizəçi2 kimi, X8 X3 və X11 Ərizəçi1 kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar