Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-119/2021 08.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, X7 onun oğludur. O, xx xxxxxx 1991-ci ildə İmişli rayonu, Qulubəyli kəndində anadan olmuş və İmişli rayonu, Qulubəyli kəndində yaşayır. Oğlu X10 anadangəlmə ruhi xəstə olmaqla kəmağıllılıq xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik səbəbindən oğlu Əlikram öz hərəkətlərinin mahiyyətini dərk etmir və öz hərəkətlərini idarə edə bilmir. Onun nəzarətsiz qalmağı həm özü, həm də, kənar şəxslər üçün təhlükəli ola bilər. Baharın daimi kənar şəxsin qulluğuna ehtiyacı vardır. Hal-hazırda o, oğlu Əlikrama daim qulluq edir. Ümumiyyətlə, oğlu X3 üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci ildə İmişli rayonu, Nurulu kəndində anadan olmuş və İmişli rayonu, Qulubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X7 xx xxxxxx 1991-ci ildə İmişli rayonu, Qulubəyli kəndində anadan olmuş və İmişli rayonu, Qulubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan İV-ЖГ 321834 №-li, xx xxxxxxx 1988-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X6 arasında xx xxxxxxx 1988-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 20 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş XV-ЖГ 464753 №-li, xx xxxxxx 1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 rəsmi nikahından xx xxxxxx 1991-ci ildə “X7” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X15 Konsultativ Poliklinikası tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 6324 saylı, xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X7 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X13 poliklinikada şöbəsində ruhi-əsəb xəstəliklərlə əlaqədar dispanser qeydiyyatında dayanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 ilkin “ambulator məhkəmə psixiatrik ekspertizası”nın keçirilməsinə dair 2440 №-li, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, X4 orta kəmağıllıq davranış pozuntuları aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarında psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, X5 və İmişli Rayon Mərkəzi Xəstəxanasında müalicə olunması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraklaşdırma qabiliyyətinin zəifliyi, əhvaliruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişafı etməsi, öz vəziyyətinə qarşı tənqidi olmaması və sair sübut edir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi məqsədə uyğundur. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X10 oğlu Ərizəçi oğludur, o, İmişli rayonu, Qulubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, yaşayır. Bundan başqa, X7 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X13 poliklinikada şöbəsində ruhi-əsəb xəstəliklərlə əlaqədar dispanser qeydiyyatında dayanmışdır. Bundan başqa, X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 ilkin “ambulator məhkəmə psixiatrik ekspertizası”nın rəyinə əsasən psixi vəziyyyətinə görə “fəaliyyət qabiliyyəti olmayan şəxs” kimi hesab edilməsi məqsədə uyğundur. Məhkəmə ilk əvvəl irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, Ərizəçi oğlu X3 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürmək üçün subyektiv hüquqa malikdir. Bundan başqa, xx xxxxxx 1991-ci ildə İmişli rayonu, Qulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Qulubəyli kəndində qeydiyyatda olan və yaşayan X3 psixi vəziyyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəlləinn 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, ərizəçi tərəfin istinad etdiyi “şəxsin psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olub-olmaması” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda, Ərizəçi “şəxsin psixi vəziyyyəti” faktına istinad etdiyi məhz həmin halı əsaslandıra bilmiş, bununla bağlı mötəbər sübutlar əldə edilmiş və həmin hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X11 Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X11 Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. Ərizəçi oğlu X3 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. xx xxxxxx 1991-ci ildə İmişli rayonu, Qulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Qulubəyli kəndində qeydiyyatda olan və yaşayan X3 psixi vəziyyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs olması sübuta yetirildiyi üçün Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1991-ci ildə İmişli rayonu, Qulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Qulubəyli kəndində qeydiyyatda olan və yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-119/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-119/2021
08.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver