Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1194/2023 11.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0236 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X1 Xudaverdi Qurban oğlu, X42, X32, Teymurova X2, X26, X43, X19, X27, X33, X7 oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Aranlı kəndində yaşayır.Rayonda aparılan torpaq islahatı nəticəsində 6.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0236 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir.Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır.Ona görə də, JN-0236 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X1 Xudaverdi Qurban oğlu, X42, X32, Teymurova X2, X26, X43, X19, X27, X33, X7 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0236 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə İmişli rayonunun Aranlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 7.26 ha torpaq sahəsi X12, X42, Teymurova Güllər, X28, X35, X36, X37, X20, Ərizəçi, X26, X29, X30, X19, X33 və X10 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 15980201 nömrəli AR X9 surətinə əsasən X32 xx.xx.1965-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 02980604 nömrəli AR X9 surətinə əsasən X11 xx.xx.1942-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 08809521 nömrəli AR X9 surətinə əsasən X38 xx.xx.1968-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 16069634 nömrəli AR X9 surətinə əsasən X27 xx.xx.1981-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X9 surətinə əsasən X34 xx.xx.1983-cü ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 178806 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 Yaqub Əyyub oğlu ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuş və Abbasova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ 391716 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X25 xx.xx.2010-cu ildə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Aranlı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 24/182 nömrəli arayışına əsasən JN-0236 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X13 adı X5, X15 adı X42, X11 adı Teymurova Güllər, X21 adı X26, X14 adı X19, X16 adı X8 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0236 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X1 Xudaverdi Qurban oğluna, X42, X22, Teymurova Güllər, X6, X26, X31, X19, X18, X33, X23 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0236 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X1 Xudaverdi Qurban oğluna, X42, X22, Teymurova Güllər, X6, X26, X31, X19, X18, X33, X23 aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-1194/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1194/2023
11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver