Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-120/2024 09.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, maraqlı şəxs Cavabdehn nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, 1978-1995-ci illərdə İmişli rayon İstehlak Cəmiyyətinin nəzdində olan Təsərrüfat hesablı avtoqarajda sürücü işlədiyi zaman ona verilən ******* saylı əmək kitabçasında yazılan X1 adının İddiaçı kimi oxunması və həmin sənədin ərizəçiyə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin baxılmamış saxlanılmasını, ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 259.0.11. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilərək ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, ərizə üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət ödəniş portalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizə üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət ödəniş portalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən ərizəçi İddiaçı qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(036)-120/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-120/2024
09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver