Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1223/2021 09.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizəçi: Abuşova (Salmanova) Cəmalə Ələkbər qızının iştirakı ilə, Ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızının “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İmişli rayonu, Qaragüvəndikli kəndində torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 10 saylı, 06 sentyabr 2001-ci il tarixli qərarı ilə 8.77 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair 28 iyul 2003-cü il tarixdə JN- 0103 Kod 90700068 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı, adı, ata adı səhvən “X11” kimi qeyd edilmişdir. Bundan başqa, onların xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrində 02 fevral 2018-ci il və 27 noyabr 2020-ci il tarixlərdə qeydiyyata alınmış, müvafiq olaraq ********** və ********** №-li çıxarışlar da verilmişdir. Hətta Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışlarda da onun soyadı, adı, ata adı səhvən “X11” kimi qeyd edilmişdir. O, ********** saylı, 02 fevral 2018-ci il tarixli və ********** saylı, 27 noyabr 2020-ci tarixli çıxarışlarda olan uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ona çıxarışlarda olan uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. ********** saylı, 02 fevral 2018-ci il tarixli və ********** saylı, 27 noyabr 2020-ci tarixli çıxarışlarda olan uyğunsuzluğun aradan qaldırılması üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi həmin torpaq sahəsi ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** saylı, 02 fevral 2018-ci il tarixli və ********** saylı, 27 noyabr 2020-ci tarixli çıxarışlarda özünün soyadı, adı və ata adının “Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı” kimi oxunması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Seriya AZE ******** №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1985-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində anadan olmuş və İmişli rayonu, Qaragüvəndikli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Xİİ-ЖГ-428315 №-li, 19 sentyabr 1987-ci tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X4 rəsmi nikahından xx xxxx 1985-ci ildə “X12” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 932078 №-li, 10 iyul 2014-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X12 arasında 04 iyul 2014-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 05 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Abuşova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş JN-0103 Kod 90700068 saylı, 28 iyul 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 10 saylı, 06 sentyabr 2001-ci il tarixli qərarı ilə İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən 8.77 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X5, X1, X6, X2, X9, X7 və X22 oğlunun ümumi birgə mülkiyyətinə verilmiş və ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı qızının soyadı, adı və ata adı səhvən “X11” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** saylı, 02 fevral 2018-ci il tarixli çıxarışın surətindən görünür ki, İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən 8.77 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X5, X1, X6, X2, X9, X7 və X8 adına ümumi birgə mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmış və ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızının soyadı, adı və ata adı səhvən “X11” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** saylı, 27 noyabr 2020-ci tarixli çıxarışın surətindən (elektron çıxarış forması) görünür ki, İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən 4.77 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X5, X1, X6, X2, X9, X7 və X22 oğlunun adına ümumi birgə mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmış və ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı qızının soyadı, adı və ata adı səhvən “X11” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin **********83 saylı, 15 mart 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışlarda olan uyğunsuzluğun aradan qaldırılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və aktda olan uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 10 saylı, 06 sentyabr 2001-ci il tarixli qərarı ilə İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən 8.77 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X5, X1, X6, X2, X9, X7 və X22 oğlunun ümumi birgə mülkiyyətinə verilmiş və ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı qızının soyadı, adı və ata adı səhvən “X11” kimi qeyd edilmişdir. Bundan başqa, İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən 8.77 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4, X5, X1, X6, X2, X9, X7 və X22 oğlunun adına ümumi birgə mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmış və ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızının soyadı, adı və ata adı səhvən “X11” kimi qeyd edilmişdir. Bundan başqa, ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** saylı, 02 fevral 2018-ci il tarixli və ********** saylı, 27 noyabr 2020-ci tarixli çıxarışlarda olan uyğunsuzluğun aradan qaldırılması barədə, yəni hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızının adı, soyadı, ata adının “Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı” kimi olması faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** saylı, 02 fevral 2018-ci il tarixli və ********** saylı, 27 noyabr 2020-ci tarixli çıxarışlarda “hüquq sahiblərinin adı, soyadı, ata adı qrafasında” “X11” qeydi “Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı” kimi oxunması faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** saylı, 02 fevral 2018-ci il tarixli və ********** saylı, 27 noyabr 2020-ci tarixli çıxarışlarda “hüquq sahiblərinin adı, soyadı, ata adı qrafasında” “X11” qeydi “Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı” kimi oxunmalı və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizəçi Abuşova (Salmanova) Cəmalə Ələkbər qızının “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** saylı, 02 fevral 2018-ci il tarixli və ********** saylı, 27 noyabr 2020-ci tarixli çıxarışlarda “hüquq sahiblərinin adı, soyadı, ata adı qrafasında” “X11” qeydi “Abuşova (Salmanova) Cəmalə Ələkbər qızı” kimi oxunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X3 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-1223/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1223/2021
09.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver