Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1227/2020 04.06.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi x1 və Cavabdeh Nizam oğlunun iştirakları ilə, İddiaçı MMC Cavabdeh Nizam oğluna qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Nizam oğlundan 105,14 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 125,14 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə юдянилмяси barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Nizam oğlu İddiaçı MMC-nin abunəçisi olduğu ********* nömrəli telefonun abunə haqqını ödəməmişdir. Nəticədə onun 105,14 manat rabitə borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq borcunu ödəməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x1 idddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Nizam oğlu iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun İddiaçı MMC-yə borcu yoxdur, ona görə də iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçınının nümayəndəsini və cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan elektron çıxarışdan və maliyyə arayışından görünür ki, Cavabdeh Nizam oğlu İddiaçı MMC-nin rabitə xidmətlərindən istifadə edərək abunəçisi olduğu ********* nömrəli telefonun 105,14 manat rabitə borcu borcu yaranmışdır. “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə” Qaydalarının 2.1.1-ci bəndinə görə telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinin qarşısını almaq məqsədilə yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi (fəza nəzərə alınmaqla) mühafizə zonası müəyyən edilmişdir. Həmin qaydaların 4.1-ci bəndinə görə hüquqi və fiziki şəxslər tərəfindən bu Qaydalar pozulduqda, onlar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında nəzərdə tutulan məsuliyyət daşıyırlar. Telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Nizam oğlundan 105,14 manat rabitə borcu və 20 manat məbləğində dövlət rüsumu, cəmi 125,14 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Nizam oğlundan 105,14 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumu, cəmi 125,14 (yüz iyirmi dörd manat on dörd qəpik ) manat məbləğində pul tutulub İddiaçı MMC-nin xeyrinəödənilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1227/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1227/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver