Məhkəmə qərarları › İş №2(036)-1247/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1247/2021

27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1247/2021 27.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İmişli rayonu, Cəfərli kəndində torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1998-ci il tarixli qərarı ilə 8.34 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair 17 noyabr 1998-ci il tarixdə JN-0049 Kod 90704018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı, adı, ata adı səhvən “X36” kimi qeyd edilmişdir. Bundan başqa, onların xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestrində 07 aprel 2021-ci il tarixdə qeydiyyata alınmış və onlara **********51 №-li çıxarış da verilmişdir. Hətta Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışda da onun soyadı, adı, ata adı səhvən “X36” kimi qeyd edilmişdir. O, 07 aprel 2021-ci il tarixli, **********51 №-li çıxarışdakı uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ona 07 aprel 2021-ci il tarixli, **********51 №-li çıxarışdakı uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. 07 aprel 2021-ci il tarixli, **********51 №-li çıxarışda olan uyğunsuzluğun aradan qaldırılması üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi həmin torpaq sahəsi ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Bu səbəbdən də, o, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli, **********51 №-li çıxarışda özünün soyadı, adı və ata adının “Ərizəçi” kimi oxunması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1968-ci ildə İmişli şəhərində anadan olmuş və İmişli şəhəri, N.ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Vİİ-ЖГ 352019 №-li, 23 sentyabr 1975-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə X2 arasında 23 sentyabr 1975-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 145 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Nəsirova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İİİ-ЖГ-495136 №-li, 06 oktyabr 1975-сi tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X1 birgə nikahından xx xxxxxx 1968-ci ildə “Ərizəçi” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Vİİ-ЖГ 275967 №-li, 23 sentyabr 1995-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X35 arasında 29 sentyabr 1995-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 199 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Nəsirova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş JN-0049 Kod 90704018 saylı, 17 noyabr 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1998-ci il tarixli qərarı ilə İmişli rayonu, Cəfərli kəndində yerləşən 8.34 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X5, X6, X7, X11, X8, X19, X12, X1, X23, X24, X20 ümumi birgə mülkiyyətinə verilmiş və Ərizəçi soyadı, adı və ata adı səhvən “X36” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli çıxarışın surətindən (elektron çıxarış forması) görünür ki, İmişli rayonu, Cəfərli kəndində yerləşən 8.34 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X9, X13, X5, X14, X11, X8, X21, X12, X1, X25, X22, X23 adına ümumi birgə mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmış və Ərizəçi soyadı, adı və ata adı səhvən “X36” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin **********12 saylı, 05 may 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli **********51 №-li çıxarışda olan uyğunsuzluğun aradan qaldırılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və aktda olan uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Ərizəçi onun oğludur. O, 23 sentyabr 1975-ci il tarixdə X33 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. X18 07 oktyabr 2008-ci ildə İmişli şəhərində ölmüşdür. Eyni zamanda bildirir ki, İmişli rayonu, Cəfərli kəndində torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1998-ci il tarixli qərarı ilə 8.34 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair 17 noyabr 1998-ci il tarixdə JN-0049 Kod 90704018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında oğlunun soyadı, adı, ata adı səhvən “X36” kimi qeyd edilmişdir. Bundan başqa, onların xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestrində 07 aprel 2021-ci il tarixdə qeydiyyata alınmış və onlara **********51 №-li çıxarış da verilmişdir. Hətta Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışda da oğlunun soyadı, adı, ata adı səhvən “X36” kimi qeyd edilmişdir. Oğlu Ərizəçi 07 aprel 2021-ci il tarixli, **********51 №-li çıxarışdakı uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ona 07 aprel 2021-ci il tarixli, **********51 №-li çıxarışdakı uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. 07 aprel 2021-ci il tarixli, **********51 №-li çıxarışda olan uyğunsuzluğun aradan qaldırılması üçün ərizə ilə məhkəməyə müraciət etməyinin əsas məqsədi həmin torpaq sahəsi ilə bağlı müəyyən hüquqi sənədləşməni həyata keçirməkdir. Onu da qeyd edir ki, oğlunun soyadı, adı və ata adı “Ərizəçi”dur və onların “Muraz” adlı övladı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 13 saylı, 24 dekabr 1998-ci il tarixli qərarına əsasən İmişli rayonu, Cəfərli kəndində yerləşən 8.34 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X5, X6, X7, X11, X8, X19, X12, X1, X23, X24 və X20 ümumi birgə mülkiyyətinə verilmiş və Ərizəçi soyadı, adı və ata adı səhvən “X36” kimi qeyd edilmişdir. Bundan başqa, İmişli rayonu, Cəfərli kəndində yerləşən 8.34 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X9, X13, X5, X14, X11, X8, X21, X12, X1, X25, X22, X23 adına ümumi birgə mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmış və Ərizəçi soyadı, adı və ata adı səhvən “X36” kimi qeyd edilmişdir. Bundan başqa, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli, **********51 №-li çıxarışda olan uyğunsuzluğun aradan qaldırılması barədə, yəni hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, Ərizəçi adı, soyadı, ata adının “Ərizəçi” kimi olması faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi qızı ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Bundan başqa, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Beləliklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli, **********51 №-li çıxarışda “hüquq sahiblərinin adı, soyadı, ata adı qrafasında” “X36” qeydi “Ərizəçi” kimi oxunması faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli, **********51 №-li çıxarışda “hüquq sahiblərinin adı, soyadı, ata adı qrafasında” “X36” qeydi “Ərizəçi” kimi oxunmalı və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli, **********51 №-li çıxarışda “hüquq sahiblərinin adı, soyadı, ata adı qrafasında” “X36” qeydi “Ərizəçi” kimi oxunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X10 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar