Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1252/2021 06.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X1 24 noyabr 1986-cı il tarixdə İmişli rayonunun Məzrəli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, X3 onun anasıdır. Mərhum anası Sərəncam Məmmədova 24 noyabr 1986-cı il tarixdə İmişli rayonunun Məzrəli kəndində vəfat etmişdir. Onu İmişli rayonunun Məzrəli kənd qəbirstanlığında dəfn etmişlər. Lakin səhlənkarlıqlarının nəticəsində anasının vəfatı barədə həkimdən arayış almamışlar. Hazırda sənədləşmə işləri ilə əlaqədar ölüm sənədi lazım olmuşdur. Anasına ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin həkimdən rəy olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Məzar daşı fotoşəkillərindən görünür ki, X3 24 noyabr 1986-cı il tarixdə vəfat etmişdir. İmişli rayon İHB-nın Məzrəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli 600 nömrəli arayışdan görünür ki, X3 24 noyabr 1986-cı il tarixdə İmişli rayonunun Məzrəli kəndində vəfat etmiş və İmişli rayonunun Məzrəli kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan İmişli rayon İHB-nın Məzrəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Məzrəli kənd sakinləri Ərizəçi, X8, X5, X6 və X7 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, mərhumə X3 24 noyabr 1986-cı ildə vəfat etmiş və Məzrəli kənd qəbirstanlığında dəfn olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, X3 24 noyabr 1986-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü qeydə alınmamışdır. Maraqlı şəxs 18 mart 2021-ci il tarixli rəyindən görünür ki, X1 ölümü haqqında həkim rəyi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 24 noyabr 1986-cı il tarixdə İmişli rayonunun Məzrəli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X2 24 noyabr 1986-cı il tarixdə İmişli rayonunun Məzrəli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1252/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1252/2021
06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver