Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1253/2023 25.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0044 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında X20 Ərizəçi, JN-0050 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Gülara Gülmalı qızı, X3 Gülər Vidadi qızı, JN-081A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Gülara Gülmalı qızı, X3 Gülər Vidadi qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Muradallı kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN-0044 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı, JN-0050 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı və JN- 081A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənədlərdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı səhv qeyd olunmuşdur.Ona görə də, ərizə verib JN-0044 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında X20 Ərizəçi, JN-0050 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Gülara Gülmalı qızı, X3 Gülər Vidadi qızı, JN-081A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Gülara Gülmalı qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-0044 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 04 yanvar 2002-ci il tarixli 01 saylı qərarı ilə İmişli rayonu, Muradallı kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.64 ha torpaq sahəsi X20, X23, X24 və X18 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-0050 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 04 yanvar 2002-ci il tarixli 01 saylı qərarı ilə İmişli rayonu, Muradallı kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.24 ha torpaq sahəsi X16 və X13 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-081A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə İmişli rayonu, Muradallı kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.72 ha torpaq sahəsi Ərizəçi, X12, X19, X23, X24 və X18 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X5 surətinə əsasən Ərizəçi xx.xx.1955-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 08360104 nömrəli AR X5 surətinə əsasən X11 xx.xx.1959-cu ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 18332480 nömrəli AR X5 surətinə əsasən X17 xx.xx.1981-ci ildə anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Muradallı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 147 saylı arayışına əsasən JN-0050 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X7 adı, soyadı və ata adı X4 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Muradallı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 146 saylı arayışına əsasən JN-0044 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi adı, soyadı və ata adı X9 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0044 saylı Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında X20 Ərizəçi, JN-0050 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Gülara Gülmalı qızı, X3 Gülər Vidadi qızına və JN-081A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Gülara Gülmalı qızı, X3 Gülər Vidadi qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0044 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında X20 Ərizəçi, JN-0050 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında X2 Gülara Gülmalı qızı, X3 Gülər Vidadi qızına və JN-081A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Gülara Gülmalı qızı, X3 Gülər Vidadi qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1253/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1253/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver