Məhkəmə qərarları › İş №2(036)-1257/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1257/2022

23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1257/2022 23.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-223F saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş X4 Nicat Davud oğlu və X1 Mirgülsarə Nicat qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Göbəktala kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-223F saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamə ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-223F saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X4 Nicat Davud oğlu və X1 Mirgülsarə Nicat qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-223F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin qərarı ilə İmişli rayonunun Göbəktala kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.58 ha torpaq sahəsi X17, X20, X16 və X11 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X5 surətinə əsasən X10 04.03.1996-cı ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X5 surətinə əsasən Ərizəçi xx.xx.1973-cü ildə İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 931898 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X2 Elvin Fikrət oğlu ilə 19.09.2014-cü ildə rəsmi nikaha daxil olmuş və Məmmədova soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Bəhrəmtəpə qəsəbəsi İƏD üzrə İN tərəfindən verilmiş 19.02.2022ci il tarixli 97 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə texniki səhv olaraq Ərizəçi adı X16 və X6 adı X7 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-223F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X4 Nicat Davud oğluna və X1 Mirgülsarə Nicat qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-223F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X4 Nicat Davud oğluna və X1 Mirgülsarə Nicat qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar