Məhkəmə qərarları › İş №2(036)-1258/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1258/2022

22.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1258/2022 22.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0226 nömrəli KOD 90714018 saylı Dövlət Aktında səhvən qeyd olunmuş «Ərizəçi Ehtibar oğlunun» Ərizəçi kimi, «X6» X2 və «X7» Quliyeva (Xancanova) Sinayə Madər qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2001-ci il tarixli, 91 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0226 nömrəli KOD 90714018 saylı Dövlət Aktı verilmişdir. Həmin dövlət aktında texniki səhv olaraq Ərizəçi Ehtibar oğlu kimi, X1 Təzəgül Cəmi qızı kimi və Quliyeva (Xancanova) Sinayə Madər qızı X5 yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında «Torpağa mülkiyyət hüququna dair» JN-0226 nömrəli KOD 90714018 saylı Dövlət Aktının surətinə əsasən İmişli rayon AİK-nin 07 fevral 2001-ci il tarixli, 91 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1,27 ha torpaq sahəsi Ərizəçi Ehtibar oğlu, X15, X17 və X7 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-0783428 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1965-ci ildə İmişli rayonunun Rəsullu kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-1939892 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 05 fevral 1971-ci ildə İmişli rayonunun Rəsullu kəndində anadan olmuşdur. İş materiallarında olan XVİİİ-JQ 373825 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 28 noyabr 1994-cü ildə İmişli rayonunun Rəsullu kəndində anadan olmuşdur. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0226 nömrəli KOD 90714018 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi Ehtibar oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0226 nömrəli KOD 90714018 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X6 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0226 nömrəli KOD 90714018 saylı Dövlət Aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan V-JQ 476193 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X12 arasında nikah 07 yanvar 1993-cü il tarixdə İmişli rayon Rəsullu kənd İcra hakimiyyətində bağlanmış və həmin nikah 01 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X12 qızına “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 044466 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X18 arasında nikah 12 may 2015-ci il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 246 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X9 “Xancanova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2001-ci il tarixli, 91 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0226 nömrəli KOD 90714018 saylı Dövlət Aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0226 nömrəli KOD 90714018 saylı Dövlət Aktının Ərizəçi, X11, Quliyeva (Azadova) Vahidə Madər və Quliyeva (Xancanova) Sinayə Madər qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0226 nömrəli KOD 90714018 saylı Dövlət Aktının Ərizəçi, X11, Quliyeva (Azadova) Vahidə Madər və Quliyeva (Xancanova) Sinayə Madər qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi Ehtibar oğlunun Ərizəçi kimi, X6 X2 və X7 Quliyeva (Xancanova) Sinayə Madər qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar