Məhkəmə qərarları › İş №2(036)-1268/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1268/2023

10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1268/2023 10.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X11 Rayə Balış qızı, X4 İxtiyar Əlizadə oğlu, X1 Gülsənəm Mirələm qızı, X6 Fərhad Əlizadə oğlu, X5 Rafail Əlizadə oğlu, X3 Zəhra Əlizadə qızı, X8 Fariz Əlizadə oğlu və X9 Rəşad Əlizadə oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Çaxırlı kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 3.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0146 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək X11 Rayə Balış qızı, X4 İxtiyar Əlizadə oğlu, X2 (Rəhimova) Gülsənəm Mirələm qızı, X6 Fərhad Əlizadə oğlu, X5 Rafail Əlizadə oğlu, X3 Zəhra Əlizadə qızı, X8 Fariz Əlizadə oğlu və X9 Rəşad Əlizadə oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2003-cü il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Çaxırlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.94 ha torpaq sahəsi X71, X34, X17, X41, X36, X44, X52, X53 və X23 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AA ******* nömrəli AR X7 surətinə əsasən X35 xx.xx.1970-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X7 surətinə əsasən X43 xx.xx.1980-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 16822848 nömrəli AR X7 surətinə əsasən X28 xx.xx.1966-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 17695273 nömrəli AR X7 surətinə əsasən X19 xx.xx.1963-cü ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X7 surətinə əsasən Ərizəçi xx.xx.1973-cü ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE ******* nömrəli AR X7 surətinə əsasən X38 xx.xx.1975-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 13086567 nömrəli AR X7 surətinə əsasən X42 xx.xx.1977-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X7 surətinə əsasən X45 xx.xx.1992-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ № 264316 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X55 xx.xx.2022-ci ildə vəfat etmişdir.. İşdə olan İmişli RİHB-nin İN tərəfindən verilmiş 266 nömrəli arayışa əsasən JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X39 adı X57, X13 adı X34, X10 adı X17, X20 adı X41, Ərizəçi adı X36, X21 adı X37, X24 adı X52 və X25 adı X14 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X11 Rayə Balış qızına, X4 İxtiyar Əlizadə oğluna, X2 (Rəhimova) Gülsənəm Mirələm qızına, X6 Fərhad Əlizadə oğluna, X5 Rafail Əlizadə oğluna, X3 Zəhra Əlizadə qızına, X8 Fariz Əlizadə oğluna və X9 Rəşad Əlizadə oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0146 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X11 Rayə Balış qızına, X4 İxtiyar Əlizadə oğluna, X2 (Rəhimova) Gülsənəm Mirələm qızına, X6 Fərhad Əlizadə oğluna, X5 Rafail Əlizadə oğluna, X3 Zəhra Əlizadə qızına, X8 Fariz Əlizadə oğluna və X9 Rəşad Əlizadə oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar