Məhkəmə qərarları › İş №2(036)-1278/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1278/2021

17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1278/2021 17.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN- 0089 nömrəli 90700098 kodlu Dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-079A nömrəli 90700098 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş “X17” və “X11” X24, “X9” Məhəmmədəliyeva (Əliyeva) Nabat Bəylər qızı və “X20” X19 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 2003-cü il tarixli, 10 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-0089 nömrəli 90700098 kodlu Dövlət aktı və 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-079A nömrəli 90700098 kodlu şəhadətnamə verilmişdir. Dövlət Aktında və şəhadətnamədə texniki səhv olaraq X2 Pərvanə Ərzula qızı və X6, Məhəmmədəliyeva (Əliyeva) Nabat Bəylər qızı X3 və X37 X13 yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. X46 İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0089 nömrəli 90700098 saylı Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 24 oktyabr 2003-cü il tarixli, 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 3.33 ha torpaq sahəsi Ərizəçi, X27, X18, X32, X33 və X28 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-079A nömrəli 90700098 kodlu şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.27 ha torpaq sahəsi Ərizəçi, X21, X18, X32, X33 və X20 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06.12.1987ci ildə İmişli rayonu Oruclu kəndində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Süleymanova Pərvanə Ərzulla qızı 05.12.1965-ci ildə İmişli rayonu Ağammədli kəndində anadan olmuşdur. İş materiallarında olan AZE 16066664 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0089 nömrəli 90700098 kodlu Dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-079A nömrəli 90700098 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X27 və X11 ata adı şəxsiyyət vəsiqəsində X8 qeyd edilmişdir. İş materiallarında olan AZE 18803361 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0089 nömrəli 90700098 kodlu Dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-079A nömrəli 90700098 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X1 şəxsiyyət vəsiqəsində X15 qeyd edilmişdir. İş materiallarında olan İİİ-JQ 414929 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X12 arasında nikah 13 sentyabr 1985-ci il tarixdə İmişli rayon Ağaməmmədli kənd sovetliyində bağlanmış və həmin nikah 08 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X7 “Rzayeva” soyadı verilmişdir İş materiallarında olan AZ-İ 292390 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə X10 arasında nikah 16 aprel 2007-ci il tarixdə İmişli rayon VVADQ şöbəsində bağlanmış və həmin nikah 150 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X5 “Əliyeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0089 nömrəli 90700098 kodlu Dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-079A nömrəli 90700098 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-0089 nömrəli 90700098 kodlu Dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-079A nömrəli 90700098 kodlu şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları Ərizəçi, Süleymanova (Rzayeva) Pərvanə Ərzulla qızı, Məhəmmədəliyeva (Əliyeva) Nabat Bəylər qızı, Bəbirli (Xanlarova) Aysel Bəylər qızı, X33 və X19 oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-0089 nömrəli 90700098 kodlu Dövlət aktı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-079A nömrəli 90700098 kodlu şəhadətnamə Ərizəçi, Süleymanova (Rzayeva) Pərvanə Ərzulla qızı, Məhəmmədəliyeva (Əliyeva) Nabat Bəylər qızı, Bəbirli (Xanlarova) Aysel Bəylər qızı, X33 və X30 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 Pərvanə Ərzulla qızı kimi, X9 Məhəmmədəliyeva (Əliyeva) Nabat Bəylər qızı kimi və X20 X19 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar