Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-128/2023 18.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X5 Şahhüseyn İsaxan oğlu, Məmmədov X11 Şahhüseyn oğlu, X6 Bəsdigül İşıq qızı, X7 Mələk Şahhüseyn qızı, X3 Sevda Şahhüseyn qızı, X1 Zərifə Şahhüseyn qızı və X8 Şəhla Şahhüseyn qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Qızılkənd kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 3.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X5 Şahhüseyn İsaxan oğlu, Ərizəçi2 Şahüseyn Ərizəçi2, X6 Bəsdigül İşıq qızı, X7 Mələk Şahhüseyn qızı, X3 Sevda Şahhüseyn qızı, X1 Zərifə Şahhüseyn qızı və X8 Şəhla Şahhüseyn qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə İmişli rayonunun Qızılkənd kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.16 ha torpaq sahəsi X28, X38, X29, Ərizəçi2, X30, X20 və X15 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X12 surətinə əsasən Ərizəçi1 xx.xx.1953-cü ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X12 surətinə əsasən Ərizəçi2 xx.xx.1953-cü ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X12 surətinə əsasən Ərizəçi3 xx.xx.1956-cı ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X12 surətinə əsasən Ərizəçi4 xx.xx.1986-cı ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X12 surətinə əsasən Ərizəçi5 xx.xx.1992-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 16221131 nömrəli AR X12 surətinə əsasən X16 xx.xx.1988-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 16220590 nömrəli AR X12 surətinə əsasən X39 xx.xx.1977-ci ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 401398 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X9 Şəhriyar Qılıcxan oğlu ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmuş və Abasova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 738838 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 İlham Qurban oğlu ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmuş və Hüseynova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 432025 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X2 Şahmar Bəxtiyar oğlu ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmuş və Hüseynova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 103547 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X10 Sabir Qüdrət oğlu ilə xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmuş və Əsədova soyadını qəbul etmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X5 Şahhüseyn İsaxan oğluna, Ərizəçi2 Şahüseyn oğlu Ərizəçi2, X6 Bəsdigül İşıq qızına, X7 Mələk Şahhüseyn qızına, X3 Sevda Şahhüseyn qızına, X1 Zərifə Şahhüseyn qızına və X8 Şəhla Şahhüseyn qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0526 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X5 Şahhüseyn İsaxan oğluna, Ərizəçi2 Şahüseyn oğlu Ərizəçi2, X6 Bəsdigül İşıq qızına, X7 Mələk Şahhüseyn qızına, X3 Sevda Şahhüseyn qızına, X1 Zərifə Şahhüseyn qızına və X8 Şəhla Şahhüseyn qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-128/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-128/2023
18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver