Məhkəmə qərarları › İş №2(036)-1297/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1297/2023

18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1297/2023 18.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-321 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 Mətiyə İnşalla qızı, X6 (Şükürova) Narın İsa qızı, X3 (Əmənova) Zərniyar Hüseynqulu qızı kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Əliqulular kəndində yaşayır.Rayonda aparılan torpaq islahatı nəticəsində 4.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-321 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir.Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır.Ona görə də, JN-321 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 Mətiyə İnşalla qızı, X22 qızı Nuriyeva (Şükürova) Narın İsa qızı, X3 (Əmənova) Zərniyar Hüseynqulu qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-321 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonunun Əliqulular kəndində yerləşən planda sərhədləri göstərilmiş 4.59 ha torpaq sahəsi X14, X24, X22, X15, X28 və X18 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ №024941 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X16 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İşdə olan Seriya AA******* nömrəli AR X5 surətinə əsasən Ərizəçi xx.xx.1969-cu ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin №3-16-5/69-145 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X9 Vahid Nuru oğlu ilə xx.xx.1999-cu ildə rəsmi nikaha daxil olmuş və Nuriyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin №3-16-5/69-149 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X1 Şəmməd İsa oğlu ilə xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olmuş və Tağıyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Əliqulular kənd İƏD üzrə İN tərəfindən verilmiş 95 nömrəli arayışına əsasən JN-321 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X10 adı X14, Nuriyeva (Şükürova) Narın İsa qızı adı X22 qızı, Tağıyeva (Əmənova) Zərniyar Hüseynqulu qızının adı X4 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-321 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X2 Mətiyə İnşalla qızına, X6 (Şükürova) Narın İsa qızına, X3 (Əmənova) Zərniyar Hüseynqulu qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-321 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 Mətiyə İnşalla qızına, X22 qızı Nuriyeva (Şükürova) Narın İsa qızına, X3 (Əmənova) Zərniyar Hüseynqulu qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar